Xəbər lentİ

Uşaq hüquqları aylığı çərçivəsində “ Biz dünyanın sevinciyik ” adlı ədəbi-bədii gecə kecirilib

17:19, 11.11.16
Oxunub: 1 715
MƏDƏNİYYƏT
Uşaq hüquqları aylığı  çərçivəsində “ Biz dünyanın sevinciyik ” adlı ədəbi-bədii gecə kecirilib


20 oktyabr-11 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı”nın qeyd olunması ilə əlaqədar Abşeron rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan müəssisələrdə tədbirlər keçirilib.“Uşaq hüquqları aylığı” çərçivəsində kecirlən növbəti toplantı rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə noyabrın 11-də Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbirdə vurğulanıb ki, bu gün Abşeron rayonunda uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün rayon rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb.Uşaq hüquqlarının qorunması və təbliği cəmiyyətdə əsas yer tutur. Hazırda ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində davamlı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti hamı tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.

Xırdalan şəhər uşaq İncəsənət Məktəbi və Xırdalan şəhər 2 nömrəli məktəbin şagird kollektivinin təqdim etdiyi “Biz dünyanın sevinciyik” adlı konsert proqramı hərkəsin ürəyincə olub.Tədbirdə həmçinin Abşeron rayon uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgidə təşkil olunub.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: