01.02.2014-cü il tarixdə Abşeron rayonunda 2 fevral “Gənclər Günü” nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcov, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Abşeron rayon Gənclər və İdman İdarəsinin uğur qazanmış gənc idmançıları, Abşeron rayon YAP Gənclər Təşkilatının gənc fəalları, Qafqaz universitetinin Tələbə Gənclər Təşkilatlarının sədri, KİV nümayəndələri və digər qonaqlar iştirak edirdi.
Abşeron rayon İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcov tədbiri açaraq qonaqları salamladı, gəncləri gənclər günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. Müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc rayon rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olundular.
Daha sonra bir qurup gənc fəal öz çıxışlarında gənclər gününün yaranma tarixindən, dövlətin gənclərə göstərdiyi qayğıdan, Azərbaycan gənclərinin ölkə miqyasında hərtərəfli fəaliyyətindən, ölkəmizin qazandığı uğurlarda gənclərin iştirakından söz açdılar, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğuladılar. Çıxışlar zamanı gənclər gününün təsis edilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri xüsusi qeyd olundu.
Sonda tədbir musiqili konsert proqramı ilə yekunlaşdı yekunlaşdı.