Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Tarix:12-11-2018, 13:44

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Noyabrın 10-da 37-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı baş konsulluğumuzun dəstəyi ilə sərgidə ölkəmiz geniş sahədə qurulmuş xüsusi stendlə təmsil olunur.

"Həyatı ədəbiyyatla əhatə edək" mövzusunda keçirilən builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Kitab sərgisinin "Fəxri yazarı" Selim İleridir. Azərbaycan bölməsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunmuş, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini, memarlığını, multikultural dəyərlərini, dövlətçilik və tolerantlıq ənənələrini əks etdirən 350 adda çap məhsulu sərgilənir.

Eyni zamanda, stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb. Guşədə Cümhuriyyətimizin tarixini özündə ehtiva edən nadir nəşrlər nümayiş olunur. Bundan başqa, Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap edilən 36 adda kitab da ziyarətçilərə təqdim edilir.

Azərbaycan bölməsində, həmçinin "Kaspi nəşrləri" seriyasından maraqlı kitablar sərgilənir. "Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkətinin dəstəyi ilə çap olunan bu kitablar dörd dildədir. Burada sərgilənən "Kaspi nəşrləri" - ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömrünə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, mətbuat tarixinə və dahi şair Hüseyn Cavidə aid kitablar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Stenddə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, nadir tarixi və memarlıq abidələrini, müasir görkəmini əks etdirən videoçarxlar nümayiş olunur.

Sərgi çərçivəsində bölməmizdə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən bir sıra birgə tədbirlər planlaşdırılıb.

Sərgi noyabrın 13-dək davam edəcək. Azərbaycan bölməsində nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq.

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri

Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...

Laçınlılar doğma yurd yerlərinə qayıdırlar

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir

1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib

Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib

Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır

” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK

ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib

YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər

İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək

Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür

Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib