Xəbər lentİ

Qasım Əliyevin əmək fəaliyyətinin 50 illiyi qeyd olunub - FOTOLAR

18:45, 27.12.18
Oxunub: 1 240
MƏDƏNİYYƏT
Qasım Əliyevin əmək fəaliyyətinin 50 illiyi qeyd olunub - FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabeliyində olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xanəndəlik ixtisası üzrə müəllimi Qasım Əliyevin əmək fəaliyyətinin 50 illiyi münasibəti ilə rayon mədəniyyət mərkəzində möhtəşəm tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru, əməkdar müəllim İkram Manafov yubilyarın yaradıcılığı haqqında ətraflı məlumat verib.

Sonra Qasım Əliyevə Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilib.

Tədbir məktəbin xalq çalğı alətləri orkestri, birləşmiş xor və solo ifalardan ibarət konsert proqramı ilə davam edib

Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Adil Bəbirovun əsərləri, xalq mahnı və muğamlarla yanaşı, xarici ölkə bəstəkarlarının da əsərlərinin yer aldığı konsert proqramında bütün ifalar, o cümlədən respublika və beynəlxalq müsabiqələr laureatlarının - Atlas Mehdiyeva – xanəndə (müəl: Qasım Əliyev), Bagir Babayev – tar (müəl: Mübariz Paşayev), Nuray Mehdiyeva – fortepiano (müəl: Arzu Manafova), Nuranə Salamova və Gövhər Piriverdiyeva – fortepiano ansamblı (müəl: İradə Məmmədova) - ifaları alqışlarla qarşılanıb.

Fikirlər

 Oxşar xəbərlər: