Xəbər lentİ

Masazırda Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib

20:18, 18.02.20
Oxunub: 1 108
MƏDƏNİYYƏT
Masazırda Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib


Bu gün Masazır bələdiyyəsinin təşkilatçılığı ilə məşhur qəzəlxan Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib.

Əvvəlcə bələdiyyənin sədri və üzvləri, yerli sakinlər, Əliağa Vahid adına 1 nömrəli məktəbin müəllim və şagird kollektivi qəzalxanın Masazır qəsəbəsində adını daşıyan parkda yerləşən abidəsini ziyaret edib, önünə gül çələngi qoyublar.

Tədbirdə çıxış edən Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev və Masazır kənd İcra Nümayəndəsi Şahlar Həsənov ədəbiyyat və musiqimizdə özünəməxsus, əvəzsiz rolu olan Ə. Vahidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, Ə.Vahidin xatirəsini əbədiləşdirmək, irsinin təbliği və tədqiqi məqsədi ilə doğulduğu Masazır kəndinin mərkəzi küçəsinə, kəndin 1 nömrəli məktəbinə şairin adı verilib, həmçinin kəndin mərkəzində Abşeron RİH-nin təşəbbüsü və dəstəyi ilə şairin adına park salınıb və abidəsi ucaldılıb.

Çıxışlardan sonra məktəbin şagirdləri ustadın qəzəllərini söyləyiblər.

Masazırda Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib
Masazırda Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib
Masazırda Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib
Masazırda Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib
Masazırda Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib
Masazırda Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib
Masazırda Əliağa Vahidin 125 illik yubileyi qeyd edilib

Fikirlər

 Oxşar xəbərlər: