Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin yazıçıları qarşıdan gələn 2015-ci ilin gəlişini və Dünya Azərbaycanlılarının Həmrəylik günününü qeyd etdilər
Bölmənin sədri prezident təqaüdçüsü Şəhla Ağbulud Abşeron yazıçılarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə təbrik etdi.Onlara sağlam həyat,yaradıcılıq uğurları,xalqımıza qələbə sevinci və əminamanlıq arzuladı.
Məclisə balaca Şaxta baba gəldi.Hamı şaxta babanı sevinc və gülər üzlə qarşıladı.O,öz təbriklərini səsləndirdikdən sonra torbasından hədiyyələrini payladı.
Şairlər öz yeni şeirlərini oxudular.Yeni il arzularını dilə gətirdilər.Qol açıb rəqs etdilər.Yeni il tortu kəsildikdən sonra isə yazıçılar Heydər Əliyev adına mədəniyyət və istirahət parkına getdilər.Abşeron yazarlarının gəlişi ilə parkda sanki bir canlama yarandı.Zövqlə bəzədilmiş küknar ağacının ətrafında gəzişən şəhər sakinləri yazıçıların ətrafına toplaşdılar
Gənc aşıq Əfsanə Cəlilovanın sazda müşayiəti ilə şairlər Cəfər Mehman,Yusif Hüseyn,Haqverdi Əfəndi,gənc şairlər Ruslan,Yusif öz şeyirlərini söylədilər
Sonra Abşeron yazıçıları ilə birgə onlarla şəhər sakini sazın sədaları altında "Azərbaycan”, "Yaşa ana yurdum” və başqa mahnıları ifa etdilər
Parka toplaşan Abşeronlular yazıçıları təbrik etdilər və belə şənlik yaratdıqları üçün onlara öz minnətdarlıqlarını bildirdilər
Baş redaktor: Şamo Əliyev