Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin vəzifəsi dəyişdirilib.K.Əliyevin daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilərək idarənin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev isə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.