Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Fransaya nota verəcək

Tarix:4-04-2018, 23:04

Azərbaycan Fransaya nota verəcək


Rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazını ifadə edir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib: "Təəssüflə qeyd edirik ki, Azərbaycanın Xankəndi şəhərinin sakini olan və Ermənistanın diplomatik pasportu ilə səyahət edən Aşot Qulyanın Avropa İttifaqının ərazisinə daxil olmasının Ermənistan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin tələblərinin pozulması ilə müşayiət olunmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib".

XİN rəsmisi bildirib ki, bu kimi səfərlərin sistematik hal alması və Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi həmsədr ölkə kimi Fransanın qərəzsizliyi barədə ciddi suallar doğurur, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətində Fransanın nüfuzuna və etibarlılığına əsaslı şübhə salır:

"Fransanın yerli özünüidarəetmə orqanları üzrə Ümumi məcəllənin LL1115-1 və L1115-5-ci maddələri, həmçinin Fransa XİN və DİN tərəfindən hökumətin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlərə ünvanlandığı 02 iyul 2015-ci il tarixli təmimi məktubda yerli özünüidarətmə orqanlarının bütün beynəlxalq əlaqələrinin Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olmalı olduğu və yerli idarəetmə orqanlarının Fransa hökuməti tərəfindən tanınmamış hər hansı qurumla heç bir saziş imzalamaq səlahiyyətində olmadığı bildirilir. Amma Fransanın mərkəzi hökumətinin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlər tərəfindən Fransa qanunlarına uyğun olaraq qondarma rejimlə Fransanın bəzi yerli orqanları arasında imzalanmış qanunsuz sənədlərin ləğv edilməsini müşahidə etmirik".

H.Hacıyev deyib ki, bu yaxınlarda Korsika ilə əlaqədar məsələlər meydana çıxan zaman Fransanın mərkəzi hakimiyyəti tərəfindən qəti mövqe nümayiş etdirildiyi halda, Fransanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin öz ərazisində təşviqinə imkan yaratması ikili standartların növbəti nümunəsi kimi qiymətləndirilir:

"BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Fransanı öz üzərinə düşən öhdəliklərinə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bu kimi əməllərin qarşısını almağa çağırırıq".

O vurğulayıb ki, Azərbaycanın Fransadakı səfirliyi Fransa Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar nota təqdim edəcək. Azərbaycan tərəfi bundan sonra Fransa ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək".

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib