Abşeron rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələrdən ibarət futbol komandaları arasında rayon birinciliyi keçirilib
Yarışlar əvvəlcə 36 komandanın iştirakı ilə 5 zonada keçirilİb, ilk yerləri tutan komandalar final mərhələsinə vəsiqə qazanmışlar.
Əlincə klubunun stadionunda keçirilən final mərhələsində 8 komanda iştirak edib.
Yekun nəticələrə görə, Qobu 3 saylı tam orta məktəbinin komandası qalib adını qazanıb. İkinci-üçüncü yerləri Aşağı Güzdək və Xırdalan 4 saylı tam orta məktəblərinin komandaları tutublar.
Qalib komandalar rayon gənclər və idman idarəsininm diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Şamo Əliyev