Xəbər lentİ

Mehdiabad sakinlərinə ŞAD XƏBƏR: bugündən etibarən başlayır

11:09, 09.12.19
Oxunub: 1 472
ÖLKƏ / MARAQLI
 Mehdiabad sakinlərinə ŞAD XƏBƏR: bugündən etibarən başlayır


Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 592 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirərək yeni istiqamət müəyyən edilməsi ilə bağlı qərar verib.

DANX-dən bildirilib ki, artıq 592 saylı marşrut xətti başlanğıcını Əliçıraq yaşayış massivindən götürərək Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi Mərkəz, Xırdalan dairəsi olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq. Dəyişikliyə bu gündən başlanılacaq və 592 nömrəli xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək. 592 nömrəli marşrut xətti isə Xırdalan şəhəri daxilində yeni marşrut xətti istifadəyə verilənə qədər sərnişinlərin rahat daşınması üçün əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Fikirlər

 Oxşar xəbərlər: