Qobu qəsəbəsində 1500 ailənin yaşadığı 3 yeni massivin qazlaşdırılmasına başlanılacaq. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın sentyabrın 14-də rayonun Qobu qəsəbəsində keçirilən səyyar görüşü zamanı sakinlər qəsəbənin yeni yaşayış masivlərinə qaz çəkilməsi barədə müraciət etmişdilər.
Rayon rəhbəri İradə Gülməmmədovanın adiyyatı qurumlar qarşısında qaldırdığı məsələnin, "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyi ilə apardığı danışıqların nəticəsi olaraq, yaxın günlərdə Qobu qəsəbəsində 1500 ailənin yaşadığı 3 yeni massivin qazlaşdırılmasına başlanılacaq.