Abşeron Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü və rayonun daxili imkanları hesabına Digah qəsəbəsində yerləşən 1941-1945-ci illərdə, 20 yanvar hadisələrində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan 70 qəsəbə sakininin Xatirə Memorial Kompleksi və onun yerləşdiyi park əsaslı şəkildə yeni qurulur.
0.4 hektar sahəni əhatə edən parkda söhbətgah inşa olunacaq, uşaq əyləncə qurğuları, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılacaq.
İnşaat işləri ilə yanaşı, parkda yeni yaşıllıq zolaqları salınır, abadlıq və quruculuq işləri görülür.