Absheron Media
Haqqımızda Bizimlə əlaqə

KORONAVİRUS PANDEMİYASI ÖLKƏMİZDƏ HÜQUQİ MÜSTƏVİDƏ

Tarix:15-07-2020, 19:32

KORONAVİRUS PANDEMİYASI ÖLKƏMİZDƏ HÜQUQİ MÜSTƏVİDƏ

Yeni tipli koronavirus pandemiyası Çinin mərkəzi olan Hubey əyalətinin Uhan şəhərində yerləşən Huanan ət və dəniz məhsulları bazarınn yerli sakinlərində 2019-cu ilin dekabrın ortalarında naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk dəfə aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin höküməti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verdi. 30 yanvar 2020-ci ildə ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni tip koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai əhəmiyyətli vəziyyət kimi qəbul edildi. Fevralın 11-də infeksiyanın adı ÜST tərəfindən COVID-19 adlandırılmış, martın 11-də isə pandemiya elan edilmişdir.

Müşahidələr əsasən, yeni tip koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomları başlamazdan əvvəl yoluxucu olur. Hazırki mərkəzi Avropadan ABŞ-a keçən koronovirus pandemiyası dünyanın 200-ə yaxın ölkəsində yayılmış və bu günə qədər də yayılmağa davam edir.

İyulun 14-nə olan məlumata görə dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 12 milyon nəfəri ötüb. Onlardan 7 milyon nəfəri sağalıb, 550 min nəfəri isə vəfat edib.

Bildiyiniz kimi, Azərbaycanda yeni tipli koronavirus infeksiyasına yoluxma faktı ilk olaraq fevralın 28-i İrandan ölkəyə daxil olan Rusiya vətəndaşında testin nəticələrinin müsbət çıxması ilə qeydə alındı. Həmin vaxtdan bu günə qədər ölkədə 21916 yoluxma faktı qeydə alınmış, onlardan 13100 nəfəri sağalmış, 274 nəfər isə vəfat etmişdir.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyasının Azərbaycanda ilk qeydə alınmasından etibarən indiyədək görülən tədbirləri əsas etibarilə üç istiqamətdə -sosial, iqtisadi və hüquqi istiqamətlərdə aşağıdakı kimi qruplaşdıraraq qısaca təhlil etmək olar.

Azərbaycan höküməti ilk günlərdən etibarən ÜST ilə əməkdaşlıq edərək vətəndaşları tövsiyələrə və təlimatlara əməl etməyə çağırmışdır. İlk vaxtlarda bu əsasən sosial mahiyyət daşısa da bəzi məsuliyyətini dərk etməyən insanların sayəsində dövlət hüquqi tədbirlərə əl atmalı oldu. Yaranmış çətin şəraitlə əlaqədar vəziyyətin idarə edilməsi üçün bu sahədə operativ qərarların verilməsi və effektiv hüquqi mexanizmin yaradılması olduqca zəruri idi. Təqdirəlayiq haldır ki, Azərbaycan höküməti hələ ölkədə bu halın qeydə alınmasından öncə virusun dünyadakı yayılma sürətini və mənfi təsirlərindən ciddi nəticə çıxararaq fevralın 27-də koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılması haqqında müvafiq normativ sənədləri qəbul etmişdir. Operativ Qərargah ölkədə virusa yoluxanlar, sağalanlar və vəfat edənlər barədə gündəlik olaraq rəsmi məlumatlar dərc etmiş və real vəziyyəti qiymətləndirərək müvafiq qərarlar qəbul edilməsi üçün Nazirlər Kabineti qarşısında əsas təşəbbüskar kimi çıxış etmişdir. Azərbaycan Respublikasında ilk dəfə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir və vəziyyətə uyğun olaraq bu müddətlər və qəbul edilən normativlər vaxtaşırı olaraq yenilənmişdir və hazırda da davam edir. Tətbiq edilən rejimin və qərarların icrasını təmin etmək sosial məsuliyyətlə kifayətlənmirdi. Bunun üçün müvafiq hüquqi baza da yaradılmalı idi. Bunu bəzi insanların vəziyyətə məsuliyyətsiz yanaşması və karantin rejiminin qaydalarına əməl etməməsi zəruri edirdi. Beləliklə, 17 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə inzibati məsuliyyət nəzərdə tutan maddələr əlavə olunmuş və 29 iyun 2020-ci il tarixində bu maddələr daha da sərtləşdirilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə: - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur; hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Əlavə olaraq bildirir ki, 17 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutan maddələr əlavə olunmuşdur. Belə ki Cinayət Məcəlləsinin 139-1-ci maddəsinə görə Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ölkədə iyun ayının əvvəllərindən etibarən xüsusi karantin rejiminə edilən bəzi yumşalmalar nəticəsində infeksiyanın ilk vaxtlarla müqayisədə 10 dəfəyə qədər artması bir daha qəbul edilən dəyişikliklərin nə qədər aktual olduğunu sübut etdi. Bu dəyişikliklərin qəbul edilməsi çox vacib idi. Çünki bəzi insanlar qaydalara əməl etmir, karantin rejimini pozur, qoruyucu vasitələrdən istifadə etmirlər.
Pandemiya dövrü ərzində Abşeron rayon ərazisində Abşeron RPİ-nin əməkdaşları tərəfindən sürücü və piyadalara karantin rejiminin tələblərinə riayət edilməməsi səbəbi ilə 211.1 -ci maddəsi əsasında 1153 inzibati protokol tərtib edilmiş, bir nəfər barəsində isə Azərbaycan Respublikası CM-nin 139-1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qanunvericiliyə cərimələrlə bağlı edilən dəyişikliklər heç də təkcə Azərbaycan hökümətinin siyasəti deyil bunu bütün dünya tətbiq edir. Bildiririk ki, qonşu Türkiyə, Rusiya və Gürcüstanda da tətbiq edilmiş sərt karantin və onun icra mexanizmini təmin edən vasitələr müsbət nəticə verib. Türkiyədə karantin rejiminin pozulması, o cümlədən, maska taxmamağa görə cərimələrin məbləği 370- 3000 lirə arasında dəyişir, Gürcüstanda karantin rejiminin pozulmasına görə fiziki şəxslər 2 min lari (670 dollar), hüquqi şəxslər 10 min lari (3300 dollar), Rusiyada karantin rejiminin pozulmasına görə fiziki şəxslər 15 mindən 40 min rubla qədər (214 və 570 dollar), hüquqi şəxslər 150 min-500 min rubl (2152 və 7150 dollar), maska taxmamağa görə fiziki şəxslər 5000 rubl (120 manat) məbləğində cərimə olunurlar.

Əlbəttə, cərimə məbləğinin artırılması vətəndaşı cəzalandırmaq məqsədi daşımır, əksinə, onun sosial məsuliyyətinin yüksəlməsinə, intizamın artmasına xidmət edir. Prezident İlham Əliyev koronavirusun geniş yayılmasının qarşısının alınması üçün ciddi tədbirlərin həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atdı, mühüm qərarlar qəbul etdi, yoxsa, vəziyyət daha ağır olardı. Belə mühüm tədbirlər sayəsində də Azərbaycan bu gün dünyada daha az itki verən dövlətlərdəndir. Ölkəmizin daha ağır fəsadlarla üzləşməməsi üçün qaydalara əməl etməli, tibbi maskalardan istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır. Prezident İlham Əliyevin bu il iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı hər birimiz üçün örnək olacaq bir fikri yenidən xatırlatmaq istərdim: “Mən maska ilə gəzirəm... Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydir bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”.

Abşeron rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Üzeyir Həmidov

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir