Xəbər lentİ

Qobu qəsəbəsinin 5 küçəsi əsaslı şəkildə yenidən qurulur

21:25, 18.07.20
Oxunub: 4 399
ÖLKƏ / İQTİSADİYYAT
Qobu qəsəbəsinin 5 küçəsi əsaslı şəkildə yenidən qurulur

Rayonun Qobu qəsəbəsinin Çingiz Mustafayev küçəsinə asfalt örtüyü çəkilir. Sözügedən küçə Qobu qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan küçənin yol yatağı və örtüyü deformasiyaya uğrayıb, çalalar və çökmələr əmələ gəlib. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə ərazidə nəqliyyat axınına mənfi təsir göstərib. Hazırda sadalanan problemlərin aradan qaldırılması istiqamətində agentlik təxirəsalınmaz tədbirlər həyata keçirir.

1920 metr uzunluğa malik Çingiz Mustafayev küçəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 laydan ibarət və 12 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bunun üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib. Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra küçə zəruri yol nişanları və üfüqi nişanlanma xətləri ilə təmin ediləcək.

Dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində hazırda 2 küçədə təmir-tikinti işləri həyata keçirilir. Bu uzunluğu 1.5 km, sahəsi isə 15 min kv.m olan Aşur Həsənbalayev və uzunluğu 2.6 km, sahəsi isə 24 min kv.m olan Sona Salmanova küçələridir. Sözügedən küçələrdə yol əsasının tikintisi işləri aparılır. Torpaq işləri yekunlaşıb və küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Qobu qəsəbəsində sakinlərin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə Qara Qarayev, Sona Salmanova, Mirzə Ələkbər Sabir, Aşur Həsənbalayev və Çingiz Mustafayev küçələri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur.
Qobu qəsəbəsinin 5 küçəsi əsaslı şəkildə yenidən qurulur
Qobu qəsəbəsinin 5 küçəsi əsaslı şəkildə yenidən qurulur
Qobu qəsəbəsinin 5 küçəsi əsaslı şəkildə yenidən qurulur
Qobu qəsəbəsinin 5 küçəsi əsaslı şəkildə yenidən qurulur
Qobu qəsəbəsinin 5 küçəsi əsaslı şəkildə yenidən qurulur
Qobu qəsəbəsinin 5 küçəsi əsaslı şəkildə yenidən qurulur

Fikirlər

 Oxşar xəbərlər: