Xəbər lentİ

Ceyranbatanda karantin rejimi ilə bağlı növbəti reyd keçirildi

09:24, 03.09.20
Oxunub: 1 730
ÖLKƏ / SƏHİYYƏ
Ceyranbatanda karantin rejimi ilə bağlı növbəti reyd keçirildi

Abşeron rayonunda COVİD -19 pandemiyasının qarşısının alınması məqsədilə mütamadi olaraq monitorinqlər keçirilir. Karantin rejimi yumşaldıqdan və bəzi obyektlərin fəaliyyətinə icazə verildikdən sonra həmin obyektlərdə karantin rejimi qaydalarına əməl olunması ilə bağlı reydlər davam etməkdədir. Belə ki, Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə keçirilən reydlərdə sahibkarlara və məsul şəxslərə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunması, ara məsafənin qorunması, tibbi-gigiyenik vasitələrdən istifadə edilməsi barədə ciddi xəbərdarlıqlar edilir.

Bu gündə ənənəvi olaraq mobil qrupun üzvləri rayonun Ceyranbatan qəsəbəsinin müxtəlif ərazilərində reydlər keçiriblər. Onlar qəsəbə ərazisində fəaliyyət göstərən ticarət obyektləri, ərzaq mağazaları, marketlərə baş çəkiblər. Burada çalışan işçilərlə pandemiya şəraitində tətbiq olunan qaydalara riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparıblar. Eyni zamanda açıq havada fəaliyyət göstərən bir neçə ictimai-iaşə obyektlərində ara məsafənin qorunması və gigiyenik qaydalara əməl olunması barədə obyekt sahiblərinə xəbərdarlıq ediblər.

Əlavə olaraq mobil qrup üzvləri mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlar və ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə də söhbətlər apararaq onlara karantin rejiminin tələblərinə əməl etməyi, sanitar-gigiyenik normalararın qorunmasının vacibliyini xatırladıblar.

Qeyd edək ki, Abşeron rayonunda bu cür kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: