Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir.

Tarix:5-11-2021, 16:19

Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir.

44 günlük Vətən müharibəsi bir daha Azərbaycan ordusunun və xalqımızın yenilməz, qorxmaz olduğunu, Ali Baş Komandan İlham Əliyevin düzgün siyasi strategiyasını, dönməz iradəsini bir daha sübut etdi. İgid Vətən oğulları 30 ilə yaxın düşmən tapdağı altında həsrət çəkən Vətən torpağını azad etmək uğrunda haqq savaşına böyük hünərlə qatıldılar, bu amal uğrunda hətta canlarını fəda etməyi, sinələrini düşmən gülləsinə sipər etməyi gözə aldılar. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemini darmadağın etdilər.
Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı və qanı bahasına azad edildi. Bu gün 8 noyabr Zəfər gününü böyük qürur və fəxr hissi ilə qeyd etməyimizin səbəbkarı olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. 30 ildir hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, olub. Nəhayət ki, bu hisləri yaşamaq nəsib oldu. 10 noyabr 2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordsunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.

Bu il zəfər bayramı ərəfəsində biz ədliyyə qulluqçuları öz peşə bayramımızı qeyd edəcəyik. Bu il ədliyyə işçilərinin peşə bayramı günü xüsusi sevinclə qeyd olunacaq. Artıq torpaqlarımız azaddır, biz qalib dövlətin ədliyyə qulluqçularıyıq. Nə qədər sevincli olsaq da, canını torpaqların işğaldan azad olunması uğrunda fəda etmiş şəhidlərimizin dərdi qəlbimizdə qubar bağlayır. Bir üzümüz gülsə də, bu gün onların bizlə olmaması, Zəfər gününü bizimlə qeyd edə bilməməsi bizi çox kədərləndirir. 44 günlük Vətən müharibəsində Ədliyyə Nazirliyinin əməkdaşları və onların ailə üzvləri, ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə döyüşlərdə iştirak ediblər. Nazirliyin aparatının 1 əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub. Müharibə dövründə ədliyyə işçiləri döyüşlərdə, fədakar xidmət göstərib, həmçinin ordumuzla həmrəylik nümayiş etdirərək, hərbiçilərimizə, yaralılara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib. Eyni zamanda nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralılara zərurui tibbi xidmət göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşalrı tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbiçilərimizə mütəmadi baş çəkilib. Müharibədə mərdliklə iştirak etmiş əməkdaşlar göstərdikləri igidliklərə görə yüksək dövlət təltiflərinə layiq görülülüb.

Ceyran Cabbarova
Abşeron rayon qeydiyyat şöbəsinin rəisi

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir