Xəbər lentİ

Prezident İlham Əliyev Xızı rayonuna səfərə gəlib

16:38, 04.05.18
Oxunub: 1 565
PREZİDENTİN SƏFƏRLƏRİ
Prezident İlham Əliyev Xızı rayonuna səfərə gəlib


Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Fikirlər

 Oxşar xəbərlər: