Xəbər lentİ

Xırdalanda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub

17:08, 08.10.17
Oxunub: 1 445
SƏHİYYƏ
Xırdalanda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub
Xırdalanda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub

Azərbaycan brendi olan “ASAN xidmət” fəaliyyətini səyyar formada da davam etdirir. Bu dəfə “ASAN xidmət” və “Sağlam ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərində iki gün ərzində ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.

Rayon Mədəniyyət Mərkəzinin binasında keçirilən aksiyada oktyabrın 7-də saat 14-dək artıq 300 vətəndaş peşəkar həkim müayinələrindən yararlanmışdı.

Aksiyada iştirak edən abşeronlular pulsuz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR və digər müayinələrdən keçib, qanda şəkəri yoxlada biliblər.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Vətəndaşlar yaradılan şəraitdən məmnunluqlarını bildirib, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan xidmətin fəaliyyətindən razı qaldıqlarını vurğulayıblar.

Qeyd edək ki, aksiya bu gün saat 18:00-dək davam edəcək. Səyyar “ASAN xidmət” bu cür müayinə aksiyalarını mütəmadi olaraq keçirməyi nəzərdə tutur.

Fikirlər

 Oxşar xəbərlər: