Xəbər lentİ

Abşeronda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib

00:31, 17.11.17
Oxunub: 1 743
SƏHİYYƏ / MARAQLI
Abşeronda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib


Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" barədə səhiyyə ictimaiyyətini məlumatlandıqmaq məqsədi ilə Abşeron rayonunda maarifləndirici toplantıların keçirilməsinə start verildi. Bu qəbildən olan ilk toplantı 16 noyabr 2017-ci il tarixdə Novxanı həkim məntəqəsində baş tutub.

Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə keçirilən mühazirədə Abşeron rayonu ərazisində yerləşən tibb müəssisələrində çalışan həkimlər iştirak edib.

Novxanı həkim məntəqəsinin müdiri Risalə Həsənova mühazirəni giriş sözü ilə açaraq Davamlı Tibbi Təhsil (DTT) haqqında geniş məlumat verib. Bildirib ki, Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən təsdiq edilmiş qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.

R.Həsənova çıxışı zamanı qeyd edib ki, əvvəllər həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi təkmilləşdirmə kurslarında beş ildə bir dəfə iştirakı vasitəsilə həyata keçirilirdi. Lakin yeni Qaydalara götə həkim 5 ildə bir dəfə deyil, davamlı olaraq peşə, bilik və bacarıqlarını təkmilləşdirməlidir. Bu baxımdan davamlı tibbi təhsil həkimlərin peşə, bilik və bacarıqlarının yüksəldilməsinin müxtəlif üsullarından istifadə etmək üçün geniş imkanlar yaradır, onların fərdi peşəkar inkişafları ilə bağlı məsuliyyətini artırır. Onun sözlərinə görə, nəzərdə tutulan davamlı tibb təhsili sistemində həkimlər sertifikasiyadan keçmək üçün müəyyən miqdarda kredit toplamalı olacaqlar. Kredit həkimin təhsil fəallığının ölçü vahididir, o, il ərzində orta hesabla 48 kredit, 5 illik sertifikasiya dövründə isə 240 kredit toplamalıdır.

Sonda mühazirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Şamo Əliyev

Abşeronda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Abşeronda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Abşeronda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Abşeronda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib
Abşeronda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib

Fikirlər

 Oxşar xəbərlər: