Xəbər lentİ

Abşeron Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə baş tutan növbəti marifləndirici tədbir Xırdalan 1 saylı məktəbdə keçirildi

21:28, 24.11.17
Oxunub: 2 176
SƏHİYYƏ / MARAQLI
Abşeron Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə baş tutan növbəti marifləndirici tədbir Xırdalan 1 saylı məktəbdə keçirildi


Rayon Mərkəzi Xəstəxanasının və Abşeron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı , Abşeron rayon Uşaq Poliklinkası dəstəyi ilə baş tutan növbəti marifləndirici tədbir Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə keçirildi.

3 hissədən ibarət olan marifləndirici tədbiri giriş sözü ilə məktəbin direktoru Kəmalə Yusifova açdı. O, həyata keçirilən tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verdi.

Məktəbin müəllimlərinin, VII-X sinif şagirdlərinin və valideynlərin iştirak etdiyi maarifləndirimə tədbirində Abşeron rayon Mərkəzi Xəstəxanasının əməkdaşları tərəfindən “Məktəbli uşaqların qidalanması”, “Vərəm” və “Quduzluq” barədə məlumatlar verildi.

Daha sonra Abşeron rayon Uşaq Poliklinkasının baş həkimi Adilə Ukalayeva çıxış edərək bildirdi ki, məktəblilər arasında sağlam həyat tərzinin təbliği istiqamətində aparılan işləri, habelə təşkil olunmuş bu tədbirin əhəmiyyətini vurğuladı.

Toplantının 1-ci hissəsində Abşeron rayon Uşaq Poliklinkasının pediatrı Züleyxa Fərzəliyeva sağlam qidalanmanın şagirdlərin gələcək həyatlarına qatacağı töhfələrdən və sağlam həyat tərzinin əhəmiyyətindən danışdı. “Sağlam qidalanma “qarın doyurmaqdan” daha çox önəm daşıyır. Düzgün qidalandığınız təqdirdə bunun nəticəsi beyninizin fəaliyyətinin, yaddaşınızın güclənməsinin, xəstəliklərə qarşı dözümünüzün artması ilə yanaşı, xarici görünüşünüzdə də öz əksini tapır, istər çəkiniz, istərsə də dəriniz qulluq tələb etmədən təravətini saxlayır. Sağlam qidalanma qaydalarını ona görə təbliğ etmək önəmlidir ki, hər insan düzgün qidalanmada sərbəst seçim edə bilsin”, - deyə Z. Fərzəliyeva çıxışını yekunlaşdırdı.

Tədbirin 2-ci hissəsində Abşeron rayon Uşaq Poliklinkasının həkimi İmran Musayev məktəblilərə Vərəm xəstəliyi haqqında ümumi məlumat verdi.

Görüşün 3-cü hissəsində “Quduzluq nədir? Necə ötürülür? Necə inkişaf edir? Nə etməli?” məktəblilərin sualına cavab verən həkim infeksionist Əminə İsmixanova bildirdi ki, quduzluq ağır infeksion xəstəlik olub, quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanlar tərəfindən dişlənmədən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətlərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.

Tədbirin sonunda iştirakçıları maraqlandıransuallar cavablandırılıb.

Şamo Əliyev

Abşeron Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə baş tutan növbəti marifləndirici tədbir Xırdalan 1 saylı məktəbdə keçirildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə baş tutan növbəti marifləndirici tədbir Xırdalan 1 saylı məktəbdə keçirildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə baş tutan növbəti marifləndirici tədbir Xırdalan 1 saylı məktəbdə keçirildi

Fikirlər

 Oxşar xəbərlər: