Abşeronda iri və xırdabuynuzlu heyvanlar peyvənd olunur-Video
23:29, 30.01.18
Oxunub: 1 357
SƏHİYYƏ
Abşeron rayonun Baytarlıq İdarəsinin baytar həkimləri tərəfindən bruselyoz, qarayara və quduzluq kimi insan həyatı üçün təhlükəli hesab edilən xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir. Rayonun baytarları həm fərdi, həm də fermer təsərrüfatlarında iri və xırdabuynuzlu heyvanları peyvənd edir. Evlərdə saxlanılan itlər isə quduzluq xəstəliyinə qarşı peyvəndlənir.