Xəbər lentİ

Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür

15:06, 03.03.18
Oxunub: 1 432
SƏHİYYƏ
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür


Bizi müxtəlif və rəngarəng səslərlə dolu dünya əhatə edir. Onların arasında həzz gətirəni, sakitlik bəxş edəni də var, sevinc hissi oyadanı, həyəcan yaradanı da.... Təəssüf ki, heç də hamı səslərin müxtəlifliyini eşidə bilmir.

Dünya Səhiyyə Təşkilatı ictimai diqqəti eşitmə orqanlarının fəaliyyətindən əziyyət çəkənlərin probleminə yönəltmək üçün xüsusi bir gün təsis edib. Hər il martın 3-ü Beynəlxalq Qulağ və Eşitmə Sağlamlığının Qorunması Günü qeyd edilir. Bu günün seçilməsi də məhz simvolik xarakter daşıyır. Məsələ burasındadır ki, 3 rəqəminin yazılışı da insan qulağının formasına bənzəyir.

Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensonevral forması hesab edilir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada karlıqdan və eşitmə pozulmalarından təxminən 365 milyon nəfər əziyyət çəkən var.

Karlıq və pis eşitmənin əsas səbəbi genetik faktor, qulağın xroniki infeksiyalar, bir sıra xəstəliklər - məxmərək, qızılca, yoluxucu parotit, meningit — həmçinin bəzi dərman preparatların və ətraf mühitin zərərli amillərinin təsiri, ilk növbədə, gur səslənmədir. Həkimlərin rəyinə əsasən həmin səbəblərdən baş verən karlıq və pis eşitmənin yarısını aradan qaldrımaq mümkündür. Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığın qorunması, əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.

1841-ci ildə alman həkimi Hofman qulaq-burun-boğaz boşluqlarını müayinə etmək üçün güzgüdən istifadə edib. Az sonra həkimlər başa bərkidilmiş çökük güzgüdən istifadə etməyə başlayıblar və ona reflektor adı verilib.

Dünya Səhiyyə Təşkilatı onunla tərəfdaşlıq edən ölkələrdə gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq olmağa və dövlətləri həmin problemin qarşısını almağa diqqət ayırmağa çağırır.

Fikirlər

 Oxşar xəbərlər: