Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.

Tarix:7-03-2018, 15:33

Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.


Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə Xırdalan şəhər Poliklinikasında “Öskürək və səbəbləri” mövzusunda marifləndirici tədbir həyata keçirilib.

Toplantıda bildirilib ki, öskürək tənəffüs yollarının xəstəlikləri zamanı önəmli və ən sıx rast gəlinən simptomlarından biridir. Bu valideynləri çox narahat edən və ən çox xəstəxanaya baş vurma səbəbidir.

Davametmə müddətinə görə öskürək kəskin və xroniki olmaqla iki yerə bölünür. Əgər öskürək 3 həftəyə qədər sürərsə bu kəskin öskürək, 3 həftədən uzun sürərsə onda xroniki öskürəkdir.

Öskürək tənəffüs orqanlarının sekresiya və yad maddələrdən təmizlənməsində önəmli rolu olan qoruyucu bir refleksdir. Öskürək reseptorları qırtrlaqdan bronxiollara qədər olan məsafədə yerləşir.

Lakin bilmək lazımdır ki, bu reseptorlar həmçinin udlaqda, burun ətrafı ciblərdə, xarici qulaq keçəcəyində, timpanik membranlarda, plevra, perikard, diafraqma və mədədə tapılır.

Öskürək refleksi xəstəliklər və dərmanlarla bağlı olaraq dəyişə bilər. Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra 2-3 həftəlik dövrdə öskürək refleksi hiperreaktiv olur və iy, aerozol, istilik dəyişikliklərinə qarşı öskürək asanlıqla dəyişə bilər. Bu dövrdə xəstə simptomatikdir. Bəzən uşaqlarda bronxların hiperreaktivliyi uşaqlarda uzunmüddətli öskürəklərə səbəb olur. Atopiya, gastroezofoqal refleks, astma, sinusitlər, xroniki infeksiyalar, otoimmun xəstəliklər, angeotenzin – çevirici ingibitor müalicəsi, siqaret çəkmə kimi faktorlar uzunmüddətli öskürəyi yaradan səbəblər kimi qeyd olunur.
Öskürək bir çox xəstəliklərlə bağlı yarana bilər. Birinci növbədə uşaqdan diqqətli anamnez toplanmalı və öskürəyin səbəbi araşdırılmalıdır. Kəskin öskürəyin ən sıx səbəbi virus infeksiyasıdır. Xronik öskürəyin ən sıx səbəbləri arasında astma, postnazal axıntı sindromu, qastroezofaqal reflüdur. Bu üçlüyü hətta "patogenik triada" adlandırırlar.

Uşaqlarda öskürək ən çox virus infeksiyası ilə əlaqədar olaraq keçirilmiş yuxarı tənəffüs yollarının iltihabı ilə bağlıdır, adətən çox zaman özü-özünə düzələ bilən bir prosesdir. Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra öskürək uşaqlarda 10 günə qədər, tənəffüs yolu infeksiyasından sonra isə bir aya qədər uzana bilər.
İnfeksiyalara bağlı xronik öskürək tənəffüs orqanlarının iltihabı zamanı yaranır. Əgər uşaqda ağciyərlərin rentgen şəkli normaldırsa və xroniki öskürəyin digər səbəbləri yoxdursa, onda bunu keçirilmiş virus infeksiyası ilə bağlı olduğunu fikirləşmək olar.
Göy öskürək və mikoplazma infeksiyaları xroniki öskürəyin ən sıx görülən etioloji səbəbi kimi qeyd olunur. Bundan başqa isə havanın kirliliyi, rütubəti, siqaret çəkmə, ailənin sosial vəziyyəti, yaşayış şəraiti bu prosesi daha da uzada bilər. Bu zaman öskürəyin yaranma səbəbi virus olduğuna görə antibiotik təyininə ehtiyac yoxdur.

Postnazal axıntı sindromu: Sinusit, allergik və allergik olmayan rinit, vazomotor rinit, postenfeksiyoz rinit postnazal axıntının ən sıx səbəbləridir. Xəstələrdə boğazda axıntı, tez-tez boğazını təmizləmə hərəkətləri, burundan olan axıntılar kimi şikayələr ola bilər. Uşaqlarda müalicə postnazal axıntının yaranma səbəbini bildikdən sonra təyin oluna bilər. Müalicə postnazal axıntı sindromunu yaradan etioloji faktora yönəlməlidir. Məsələn, sinusit zamanı 3 həftə ərzində H.influenza və S.pneumoniae üçün uyğun antibiotik, 5 gün ərzində nazal dekonjestan, 3 həftə ərzində isə oral antihistamin vermək olar.

Astma xronik öskürəyin ən sıx səbəblərindən biridir. Xəstələr ən çox keçirilmiş infeksiyadan sonra artmış və daha çox gecələr, qaçan zaman meydana gələn öskürəkdən əziyyət çəkirlər. Müalicə astmanın dövrünə uyğun olaraq verilməlidir. İnqalyasiyon kortokosteroidlər, salbutamol,leykotrien reseptor antaqonistləri müalicədə istifadə oluna bilər.

Qastraezofoqal reflü: Bu xronik öskürəyi yaradan 3 səbəbindən biridir. Mikro və makroaspirasyalar zamanı qida borusunun distal hissəsində yerləşmiş reseptorların qıcıqlanması baş verir,bunun nəticəsində uşaqda xronik öskürək baş verir. Başlıca səbəbləri mədədə yanma hissinin olması, gəyirmə və requrgitasiya olsa da 50-75% hallarda reflü simptomları olmur. Əgər xronik öskürəyi olan uşaq ACE inqibitoru və siqaret istifadə etmirsə, bu xəstədə astma, postnazal axıntı sindromu yoxdursa onda qastroezofaqal sindromun müalicəsinə başlamaq olar. Qastroezofoqal reflünün müalicəsində H2 reseptor antoqonisti və praton pompası ingibitorlarından istifadə oluna bilər.

Eozonofil bronxit: Eozinofillik bronxit, xronik öskürəyin digər səbəblərindən biri olub, bəlğəmdə eozinofillə zəngindir və steroid müalicəsinə yaxşı cavab verir.
Çox az hallarda xronik öskürəyin yaranma səbəblərindən həmçinin xronik bronxit, bronxektaziya, sarkoidoz, vərəm, ağciyər xərçəngi, infeksiyon səbəblər, interstiyel ağciyər xəstəliyi sayıla bilər.

Tədbirin yekununda vurğulanıb ki, Xroniki öskürəklə müraciət etmiş uşaqdan ana vasitəsi ilə dəqiq anamnez toplanmalı, lazım olan müayinələr aparılmalı və buna uyğun müalicə başlanılmalıdır.

Mehriban Hüseyinova

Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti marifləndirici tədbir həyata keçirilib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib