
Milli Məclisin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığı haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Dəyişikliyə əsasən, müvafiq icra strukturları tərəfindən qeysəriyyə kəsiyi əməliyyatının dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılmasına icazə verilir.
Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına imkan verən klinikalar və şəxslər isə məsuliyyətə cəlb olunacaqlar. H.Rəcəbli bildirib ki, dəyişikliklər bu sahədə sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək.
Layihə səsə qoyularaq qəbul olunub.