Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Sizdə də üşümə, halsızlıq, unutqanlıq varsa… - DİQQƏTLİ OLUN

Tarix:7-03-2018, 18:55

Sizdə də üşümə, halsızlıq, unutqanlıq varsa… - DİQQƏTLİ OLUN


Hazırda dünyada ən geniş yayılan problemlərdən biri yod çatışmazlığıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 54 faizi yod çatışmazlığının yarada biləcəyi xəstəlik riski ilə yaşayır.

Türkiyəli endokrinoloq və metabolizm üzrə mütəxəssis Rüştü Serter qidalardan alınan yodun çatışmazlığı vəziyyətində uşaqlarda böyümə geriliyi, zəka ilə əlaqədar
problemlər, böyüklərdə isə tiroid vəzinde böyümə, hipotiroid kimi xəstəliklərin ortaya çıxdığını söyləyib.

Həkimin fikirlərini təqdim edir.

Yod çatışmazlığının səbəbləri nələrdir?

Sağlam beyin inkişafı və böyümənin təməl daşlarından olan tiroid hormonlarının artması üçün orqanizm kifayət qədər yod qəbul etməlidir. Ancaq əfsus ki, yod
orqanizm tərəfindən istehsal olunmur. Buna görə də bədənin yod ehtiyacı dəniz məhsulları, ət, süd məhsulları, yumurta kimi qidaları yeməklə qarşılana bilər. Əgər
qidalanma yolu ilə kifayət qədər yod alınmırsa, problem xronikiləşir və buna bağlı problemlər ortaya çıxır.

Yod çatışmazlığı səbəbindən yaranan tiroid xəstəliklərinin başında isə quatr gəlir.

Statistikaya görə, dünyada 740 milyon insan bu xəstəlikdən təsirlənir.

Əlamətləri nələrdir?

Tiroid hormonu azaldıqda metobolizma yavaşladığı üçün çəki artmağa başlayır. Şəxs az yemək yesə də, kökəlməyə başlayır. Bununla yanaşı, halsızlıq, dəri quruluğu,
saç tökülməsi, dəridə qalınlaşma, qəbizlik, soyuğa qarşı dözümsüzlük, saç və dırnaqlarda qırılma, menstruasiya düzənsizliyi, unutqanlıq zamanla ortaya çıxan
şikayətlər arasındadır. Daha irəliləmiş vəziyyətlərdə isə özünü idarə etmə problemi, depressiya, həssaslıq, ürək və ağciyər çatışmazlığı yarana bilər. Yod çatışmazlığının
qadınlardakı ən əhəmiyyətli təsirlərindən biri isə infertilite, yəni sonsuzluqdur.

Hamiləlikdə yod çatışmazlığı

Hamiləlik və əmizdirmə dövründə isə yod çatışmazlığı ciddi problemlərə səbəb olur. Bu qadınlarda yarımçıq hamiləlik, erkən doğuş, doğuş anomaliyaları, uşaqda zəka
və inkişaf geriliyi, eşitmə və danışma pozuntuları görülür. Dünyada hər il doğulan təxminən 50 milyon uşaq analarının qida rasionunda kifayət qədər yod olmaması
səbəbindən zəka geriliyi riski ilə qarşılaşır.

Sidikdə yodun miqdarına baxmaq lazımdır

Azyaşlılarda yod əskikliyi ilkin vaxtlarda özünü göstərmir. Həmçinin əskikliyin olub-olmadığını müayinə ilə təyin etmək də mümkün deyil. Orqanizmdə yod
çatışmazlığını dəyərləndirmək üçün ən asan yol sidik analizi verməkdir.

Necə müalicə edilir?

Yod çatışmazlığı zamanı ilk öncə tərkibi yodla zəngin olan qidalar yeyilməlidir. Təbii dəniz və daş duzu isə əhəmiyyətli yod qaynağıdır. Yodla zənginləşdirilmiş duz yod
əskikliyi ilə mübarizədə əhəmiyyətli rol oynayır. Bu məqsədlə çox duz istifadə etməyə ehtiyac yoxdur. Sadəcə gündə 2 qram yodlu duzun mütəmadi istifadəsi yod
ehtiyacını qarşılamağa bəs edir. Duzdakı yodun qorunması üçün onu nəm olmayan, işıq görməyən qapalı qablarda saxlamaq lazımdır. Bir də ən əsası duz yeməyə
bişdikdən sonra tökülməlidir.

Dərmanla müalicəni isə ehtiyac olarsa, həkim özü təyin edəcək.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir