Xəbər lentİ

AZƏRTAC-Abşeronda bu günədək 47 mindən çox sakin kütləvi tibbi müayinədən yararlanıb

19:36, 06.04.18
Oxunub: 1 108
SƏHİYYƏ
AZƏRTAC-Abşeronda bu günədək 47 mindən çox sakin kütləvi tibbi müayinədən yararlanıb


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə əhalinin kütləvi tibbi müayinəsi davam edir. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etmək məqsədi daşıyan bu humanist aksiya Abşeronda da yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə rayonun 16 yaşayış məntəqəsi üzrə yaşı 18-dən yuxarı olan 208 228 abşeronlunun kütləvi tibbi müayinəyə cəlb olunması məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət briqadalar yaradılıb.

Abşeron Rayon Mərkəzi Xəstəxananın baş həkimi, Əməkdar Həkim Mehriban Qaralova AZƏRTAC–a bildirib ki, rayon ərazisində fəaliyyət göstərən səhiyyə ocaqlarına tərtib edilmiş qrafik əsasında profilaktik tibbi müayinələr üçün müraciət edənlərin hər biri qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır.

“Ölkəmizdə artıq ənənəvi keçirilən profilaktik tibbi müayinələrin aparıldığı müəssisələrdə prosesin optimallaşdırılması üçün bütün şərait yaradılıb”, - deyən M.Qaralova bildirib ki, tibbi göstəriş olduqda pasiyentlərə köməkçi - instrumental tibbi müayinələr tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislər də konsultasiyaya cəlb olunur. Fevralın 12-dən başlayan humanist aksiya çərçivəsində bu günədək 47 192 nəfər tibbi müayinədən keçib. Onlardan 44228-nin sağlamlığında nəzərə çarpan problem aşkar olunmayıb. Baş həkim bununla yanaşı, 2411 nəfərin ambulator, 55 nəfərin stasionar müalicəyə cəlb olunduğunu, 34 xəstənin üzərində cərrahiyyə əməliyyatı aparıldığın qeyd edib.

AZƏRTAC-Abşeronda bu günədək 47 mindən çox sakin kütləvi tibbi müayinədən yararlanıb

AZƏRTAC-Abşeronda bu günədək 47 mindən çox sakin kütləvi tibbi müayinədən yararlanıb

AZƏRTAC-Abşeronda bu günədək 47 mindən çox sakin kütləvi tibbi müayinədən yararlanıb

AZƏRTAC-Abşeronda bu günədək 47 mindən çox sakin kütləvi tibbi müayinədən yararlanıb

Fikirlər

 Oxşar xəbərlər: