Xəbər lentİ

Valideynlərin nəzərinə: “İmmunlaşdırma həftəsi” keçiriləcək

00:20, 19.04.18
Oxunub: 1 111
SƏHİYYƏ
Valideynlərin nəzərinə: “İmmunlaşdırma həftəsi” keçiriləcək


Aprel ayının 23-29 -da Azərbaycanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, bu, səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycanda "İmmunlaşdırma həftəsi"nin keçirilməsi barədə" imzaladığı əmrdə öz əksini tapıb.

Əmrdə 2018-ci ilin aprel ayının 23-29 tarixlərində respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" nin təşkili Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Fikirlər

 Oxşar xəbərlər: