Xəbər lentİ

Abşeronda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilir

21:52, 27.04.18
Oxunub: 1 497
SƏHİYYƏ
Abşeronda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilir


Bu gün Ümumdünya Malyariya Əleyhinə Mübarizə günüdür.


1990-cı illərin əvvələrində Respublikada malyariyaya görə epidemioloji vəziyyət kəskin sürətdə pisləşməyə başlamışdır. Buna mühafizə və şəraiti sosial vəziyyətin pisləşməsi, epidemioloji nəzarətin zəifləməsi, tibbi avadanlıqların çatışmamazlığı və digər bu kimi problemlər səbəb olmuşdur.

Yaranmış vəziyyətlə əlaqədar olaraq 1997-ci ildə Malyariya ilə Mübarizə Üzrə milli Proqram hazırlanmış və həmin ildən icrasına başlanmışdır. Ölkəmizin 80%- i malyariyaya görə endemikdir. Malyariyanı yayan ağcaqanadlar qamışlıq, bataqlıq sularda, şirin sularda çoxalır. Lakin bataqlıqların qurudulması, zirzəmilərin təmizlənməsi, Gem-in gücləndirilmiş rejimdə işləməsi malyariya xəstəliyinin ümumiyyətlə Azərbaycan ərazisində müşahidə olunmamasına səbəb olmuşdur. Yerli malyariyadan başqa digər ölkələrdən gətirilən trofik malyariya xəstəliyi də ölkədə qeyd olunur.

Qeyd edək ki, 5 ildən artıqdır ki Abşeron rayonunda Malyariya xəstəliyi qeydə alınmayıb. Bu Abşeron Səhiyyəsi və Gigiyena Epidemiologiya Mərkəzinin birlikdə nəaliyyətidir. Hadisə qeydə alınmasa da, poliklinikaya müraciət edən yüksək hərarətli hər bir xəstədən profilaktik olaraq qalın qan damlası götürülür, qurudulur, Abşeron rayon GEM-ə çatdırılır. Hər bir qan tam dəqiqliklə yoxlanılır. Yenidən yerli poliklinikaya məlumat verilir.

Onu da nəzərə çatdıraq ki, götürülən müayinələr zamanı malyariya aşkarlanmayıb.

Abşeron rayon Poliklinkasının baş həkim vəzifəsinin müvəqqəti icraçısı
Əminə İsmixanova


Abşeronda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilir
Abşeronda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilir
Abşeronda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilir
Abşeronda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilir
Abşeronda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri davam etdirilir

Fikirlər

 Oxşar xəbərlər: