Xəbər lentİ

Yüksəkixtisaslı həkimlər Abşerona əhalinin müayinəsi məqsədi ilə ezam olunublar

16:34, 13.05.18
Oxunub: 2 421
SƏHİYYƏ
Yüksəkixtisaslı həkimlər Abşerona əhalinin müayinəsi məqsədi ilə ezam olunublar

Səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” sərəncam imzalamışdır.

Sərəncama əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunurlar.

12.05.2018-ci il tarixində Abşeron rayon Poliklinikasına aşağıda adları qeyd olunan yüksəkixtisaslı mütəxəssis həkimlər ezam olunmuşdur,

1. Salek Qənnadi Babək - Respbulika Endokrinoloji Mərkəzin direktor müavini, sədr ;
2.Rzayeva Gülnarə - 7 nömrəli Doğum evinin Qadın Məsləhətxanasının müdiri;
3. Sultanov Hüseynağa - Ak. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-kardioloqu;
4. İdrisov Fərəculla -M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim-ümumi cərrahi;
5. Əliyev Tərlan- Ak. Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu;
6. Gülarə Əliyeva- Respublika Endokrinoloji Mərkəzinin həkim-nevropatoloqu

Abşeron əhalisi müalicəyə tabe və səbəbi məlum olmayan xəstəliklərlə bağlı həmin həkimlərin konsultasiyasından keçiblər.

Həkim-Oftalmoloq 8, kardioloq 18, endokrinoloq 37, nevropatoloq 17, ginekoloq 19, ümumi cərrah tərəfindən 31 nəfər müalicəyə cəlb olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 12 fevral – 12 may tarixlərində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələri keçirilir. Ölkə başçısının tapşırığının icrası məqsədi ilə səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 30.01.2018-ci il tarixli sərəncam imzalamışdır.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: