Xəbər lentİ

Respublika Klinik Xəstəxanasının həkim heyəti Abşeron rayonunda humanitar aksiya keçirib

18:42, 23.11.18
Oxunub: 3 184
SƏHİYYƏ
Respublika Klinik Xəstəxanasının həkim heyəti Abşeron rayonunda humanitar aksiya keçirib

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti Abşeron rayonunun Ceyranbatan qəsəbəsində humanitar aksiya keçirdib.

Ceyranbatan Peşə Litseyində təşkil olunan aksiyada Klinik Xəstəxananın baş həkiminin müavini Mahir Babayevin rəhbərliyi ilə 20 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Həkim-cərrahlardan Toğrul Məhərrəmov, Yaqub Alıyev, Elşad Musayev, ginekoloq Zenfira Əhmədova, kardioloq Sevil Məmmədov, otolarinqoloq Ramil Həşimli, nevropatoloq Fatimə Məmmədova, uroloq Elxan Nəbiyev, endokrinoloq Gülnar Qasımova və başqalarının səyi ilə aksiyada 617 nəfər ambulator müayinə olunub.

Aksiya zamanı pasiyentlər, həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.

Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Abşeron Rayon Səhiyyə şöbəsi tərəfindən lazımi şərait yaradılıb. Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərib.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova sakinlərin kütləvi tibbi müayinəsini müşahidə edib, aksiyaya qoşulan məcburi köçkün ailələrinin qayğıları ilə maraqlanıb.

Aksiyada çıxış edən Klinik Xəstəxananın baş həkiminin müavini Mahir Babayev bildirib ki, layihənin məqsəd Abşeronun kənd və qəsəbələrində məskunlaşmış məcburi köçkünləri daha müasir səhiyyə xidmətləri ilə təmin etmək və pulsuz olaraq tibbi müayinədən keçirməkdir.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanlar humanitar aksiyanı razılıqla qarşılayıb və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Humaninar aksiyanın Abşeron rayonunda məcburi köçkünlər yaşayan digər kənd və qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: