Xəbər lentİ

Rayon Mərkəzi Xəstəxanası marifləndirici tədbir keçirdi

12:54, 06.02.19
Oxunub: 1 347
SƏHİYYƏ
Rayon Mərkəzi Xəstəxanası marifləndirici tədbir keçirdi


Arterial hipertenziya nədir?


Arterial təzyiq xəstəliyi ürək damar sisteminin ən geniş yayılmış xəstəliyindən biridir. Adətən arterial təzyiq uzun illər tədricən inkişaf edir. Pataloji prosesin hiss olunmadan inkişaf etməsi, orqanizmin normal iş prinsipinə qlobal təsir göstərir. Siz bilməlisiz ki, arterial təzyiq əgər varsa, mütləq həkimə müraciət etməlisiniz, əks halda insult, miokard infarktı, gözlərin torlu qişasının, böyrəklərin və digər həssas orqanların zədələnməsi kimi ağır fəsadların hədəfi ola bilər. Bu məqsədlə əvvəl fundamental sonra isə profilaktik müalicə aparılır.

Xəstəliyin müalicəsinin təkmilləşməsi məqsədilə Abşeron rayon həkimləri ilə Tibb Elmlər doktoru İsax Mustafayev görüş keçirərək, yeniliklər barədə məlumat verdi. Hər zamankı kimi Səhiyyəmizin məqsədi əhalini xəstəliklərdən qorumaq, baş verə biləcək fəsadları aradan qaldırmaqdır.

Bilmək vacibdir ki, davamlı yüksək təzyiqin yaratdığı fəsadlar bəzən o dərəcədə ağır olur ki, müalicə almayan xəstə həyatını ani olaraq itirir.

Rayon Mərkəzi Xəstəxanası marifləndirici tədbir keçirdi
Rayon Mərkəzi Xəstəxanası marifləndirici tədbir keçirdi
Rayon Mərkəzi Xəstəxanası marifləndirici tədbir keçirdi
Rayon Mərkəzi Xəstəxanası marifləndirici tədbir keçirdi
Rayon Mərkəzi Xəstəxanası marifləndirici tədbir keçirdi

Fikirlər

 Oxşar xəbərlər: