Xəbər lentİ

“Qızılca bəlası” ilə bağlı valideynlərə çağırış edildi

19:22, 13.03.19
Oxunub: 1 135
SƏHİYYƏ
“Qızılca bəlası” ilə bağlı valideynlərə çağırış edildi


2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstələyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilməsi halları qeyd olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xəstəliyin qarşısını qabaqlayıcı tədbirlərlə almaq məqdəsilə 2019-cu ilin mart-aprel aylarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılmışdır.

11.03.2019-cu il tarixdə Respublika Gigiyena Epidemiologiya Mərkəzinin immunoprofilaktika bölməsinin müdiri ,baş mütəxəssis Gülafət Azadəliyeva və Abşeron GEM-in direktor vəzifəsinin müvəqqəti icraçısı Müslümə Cəfərovanın rəhbərliyilə Abşeron Rayon Poliklinikasında “Qızılca xəstəliyi və onun yayılmasının qarşısının alınması üçün peyvənd proqramının başlaması” ilə əlaqədar iclas keçirildi .

Bu məqsədilə Abşeron Rayon Poliklikasında, qəsəbə və kənd tibb məntəqələrində vaksinasiya tədbirlərinə start verilmişdir.

Əhalini tibbi müayinələrdən keçməyə və immunlaşdırılma vaksinasiyasında iştirak etməyə dəvət edirik.

Əminə İsmixanova

“Qızılca bəlası” ilə bağlı valideynlərə çağırış edildi
“Qızılca bəlası” ilə bağlı valideynlərə çağırış edildi
“Qızılca bəlası” ilə bağlı valideynlərə çağırış edildi
“Qızılca bəlası” ilə bağlı valideynlərə çağırış edildi

Fikirlər

 Oxşar xəbərlər: