Abşeron rayon Xırdalan şəhər 9№-li tam orta məktəbdə təşkil olunan qızılcaya qarşı peyvənd aksiyası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçrilib.Aksiya Abşeron Rayon Uşaq Poliklinikasının həkim briqadası tərəfindən keçrilib.Əvvəlcə şagirdlər müayinə edilir , daha sonra isə müvafiq vaksinlərlə peyvənd olunurlar.Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən bu gündən başlanan məktəblilərin peyvənd olunması oktyabr ayının 28-nə kimi davam edəcək.Gün ərzində 100-250 şagirdin peyvənd edilməsi nəzərdə tutulub.11-15 yaşlılar arasında peyvənd aksiyası Abşeronda fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində aparılacaq.Abşeron rayon İcra Hakimiyyəti başçısının 1ci müavini İradə Gülmməmədova aksiya ilə bağlı 9№-li tam orta məktəbin kollektivinə məlumat verib ,belə tədbirlərin əhalinin sağlamlığının qorunmasında mühüm rolunu qeyd etdi.Mütəxəsislər məlumat verdi ki, qızılca hava ilə yayılan xəstəlik olduğu üçün Azərbaycana da virus qonşu Gürcüstan,Türkiyə, Rusiya ölkələrindən gəlib və ölkədə yayılmağa başlayıb.Bu xəstəliyin qarşısı alınmazsa, insan orqanizmində təhlükəli fəsadlar yarada bilər. Bunlardan ən təhlükəlisi isə ağciyərin iltihabıdır və əsasən zəif, raxitli uşaqlar üçün 2-3 yaşına qədər çox qorxuludur.Qızılcaya qarşı mübarizə aparmağın ən yaxşı vasitəsi peyvənddir.Məktəblilərin peyvənd olunması 28 Oktyabr tarixədək mütəmadi davam etdiriləcək.
Redaktor:Çinarə Sadıxova