Xəbər lentİ

Abşeronda stomatologiyanın aktual məsələlərinə həsr olunan səyyari kurs keçirilib

12:20, 22.04.19
Oxunub: 933
SƏHİYYƏ
Abşeronda stomatologiyanın aktual məsələlərinə həsr olunan səyyari kurs keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Abşeron Mərkəzi Rayon Xəstəxanasında "Stomatologiyanın aktual məsələləri" mövzusunda səyyari kurs keçirib.

On gün davam edən kursun əsas məqsədi Abşeron rayonunda çalışan stomatoloqların stomatologiya və üz-çənə cərrahiyyəsi sahəsində praktik bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.

İnstitutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Oqtay Seyidbəyovun rəhbərliyi ilə kafedranın professor-müəllim heyəti tərəfindən aparılan kurs zamanı həkimlərə stomatologiya və üz-çənə cərrahiyyəsinin aktual məsələləri haqqında geniş məlumat verilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları göstərilib.
Abşeronda stomatologiyanın aktual məsələlərinə həsr olunan səyyari kurs keçirilib

Abşeronda stomatologiyanın aktual məsələlərinə həsr olunan səyyari kurs keçirilib

Fikirlər

 Oxşar xəbərlər: