Xəbər lentİ

Abşeronda bir neçə məcburi köçkün ailəsi tibbi müayinədən keçirilib

17:47, 20.02.20
Oxunub: 1 020
SƏHİYYƏ
Abşeronda bir neçə məcburi köçkün ailəsi tibbi müayinədən keçirilib


Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 28 il ötür. İşğal günü ilə əlaqədar Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Mehdiabad qəsəbə həkim ambulatoriyasının həkim birqadası Mehdiabad qəsəbəsində yerləşən məcburi köçkün qəsəbələrini ziyarət edib, Xocalıdan olan bi neçə məcburi köçkün və şəhid ailəsini pulsuz müayinə ediblər.

Mehdiabad həkim ambulatoriyasının baş həkimi Qənitə İsmayılova Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə artıq iki ildir ki məcburi köçkün qəsəbələrində pulsuz tibbi xidmət aksiyaları həyata keçirdiklərini, doğma yurdundan didərgin düşmüş insanların sağlamlığının bərpasına yardım göstərməyi mənəvi borc hesab etdiklərini bildirib.

Gün ərzində bi neçə məcburi köçkün və şəhid ailəsinin pediatr tərəfindən müayinəsi aparılıb, qan analizləri götürülüb və ultrasəs müayinəsi keçirilib. Həkim baxışı və müayinələr zamanı ortaya çıxan problemlərin yerində aradan qaldırılması üçün tədbirlər görülüb.

Həkim birqadası şəhid övladlarının müayinəsində böyük həvəslə iştirak etdiklərini bildiriblər. Məcburi köçkünlər bu xeyirxah aksiyanın təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

Abşeronda bir neçə məcburi köçkün ailəsi tibbi müayinədən keçirilib
Abşeronda bir neçə məcburi köçkün ailəsi tibbi müayinədən keçirilib
Abşeronda bir neçə məcburi köçkün ailəsi tibbi müayinədən keçirilib
Abşeronda bir neçə məcburi köçkün ailəsi tibbi müayinədən keçirilib
Abşeronda bir neçə məcburi köçkün ailəsi tibbi müayinədən keçirilib
Abşeronda bir neçə məcburi köçkün ailəsi tibbi müayinədən keçirilib

Fikirlər

 Oxşar xəbərlər: