Koronavirus təhlükəsi ilə əlaqədar Abşeron rayonunda orta məktəblərin, bağçaların, idarə və müəsissələrin inzibati binalarının dezinfeksiyasına başlanılıb.Abşeron Rayon İcra Hakimiyyətində koronavirusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün rayon rəhbərliyinin sərəncamına əsasən komissiya yaradılıb. Sərəncama əsasən 03.03.2020-ci il tarixindən 09.03.2020-ci il tarixinədək rayon rəhbərliyinin göstərişi ilə bütün təhsil müəsissələrində sanitariya-gigiyena, eksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirləri Gegeyena və Epidemologiya Mərkəzi tərəfindən tərtib olunmuş qrafik əsasında aparılır.
Hazırda Gegeyena və Epidemologiya şöbəsi tərəfindən rayonun 31 körpələr evi uşaq bağçası , 41 tam orta məktəbi, 1 internat tipli məktəb, 1 universitet, bir sıra xəstəxanalarda, mədəniyyət ocağlarında , idarə və müəsissələrdə dizenfeksiya işləri görülür. Dezinfeksiya işləri hazırda davam edir.
Qeyd edək ki , Abşeron rayonunda artıq 6 ildir ki hər həftənin şənbə və bazar günləri bu işlər mütəmadi olaraq həyata keçirilir.