Bu gün Azərbaycanın eks-prezidenti, Ulu Öndər Heydər Əliyevin vəfatından 10 il keçir.
Azərbaycanın bütün yaşayış bölgələrində bu gün anım mərasimləri təşkil olunub. Artıq dünəndən başlayaraq, dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər.
Xatırladaq ki, Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.