Bugün ,Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin vəfatından 10 il ötür.O, şəxsiyyət bizə Azərbaycanı qazandırdı, vəfat etməsinə baxmayaraq biz onu itirdik deyə bilmərik çünki o, hər bir azərbaycanlının qəlbində yaşayır.Bu tarixi bütün respublika dərin hüzünlə xatırlayır.Azərbaycanı xalqını qaranlıq günlərdən xilas edən , aydın səmaları bəxş edən o, dahi şəxsiyyət bugün Abşeron rayonunda da yad edildi.Bu qarlı, çovğunlu havada Abşeronlular Xırdalan şəhərindəki Heydər Əliyev parkına , dahi şəxsiyyətin büstü qarşısına toplaşıb onu xatırladılar, büstün önünə gül dəstələri düzdülər. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Zakir Fərəcov və rayonun digər rəhbər işciləri iştirak etdilər, büstün önünə əkil qoydular.Dünyaya Azərbaycanı tanıdan dahi şəxsiyyəti xalq qürur hissi , fərəh hissi ilə anırdı.Məşhur musiqinin sözlərində deyildiyi kimi.
Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Daha sonra rayon rəhbərliyi 300 nəfərlik ehsan süfrəsi təşkil etdi.
Redaktorlar: Çinarə Sadıqova, Şamo Əliyev