Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın və qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələr uğurla inkişaf edir.

Tarix:3-04-2018, 23:28

Azərbaycanın və qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələr uğurla inkişaf edir.


Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gülün başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Ramiz Rzayev eyni dil, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd edib. Türkiyənin və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərində və beynəlxalq tədbirlərdə həmrəylik nümayiş etdirmələrinin türk dünyasının birliyinin və qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığı vurğulanıb.

Ali Məhkəmənin sədri Azərbaycan ilə qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də genişləndiyini vurğulayıb. Xüsusilə, Türkiyə Ədliyyə Akademiyasının Azərbaycanın hakim korpusunun formalaşmasında xidmətləri məmnunluqla qeyd edilib.

Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində əksini tapdığını deyib. Ramiz Rzayev Türkiyənin ədliyyə naziri Abdulhamit Gülün başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. Qonaq nazir bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar, Ali Məhkəmənin tarixini əks etdirən muzeyə baxıblar.

Türkiyənin ədliyyə naziri muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır