Türkiyə parlamenti Azərbaycanda seçkiləri müşahidə edəcək.Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Türkiyə Böyük Millət Məclisindən beş nəfərlik heyət müşahidə edəcək.
Azərbaycanın Ankaradakı səfirliyində fəaliyyət göstərən məntəqə seçki komissiyasından verilən məlumatda bildirilir ki, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyalarından olan nümayəndə heyətinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar başçılıq edəcək.