Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Nüfuzlu "Pakistan Observer" qəzeti Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan edib

Tarix:9-01-2014, 03:34

Nüfuzlu "Pakistan Observer" qəzeti Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan edib

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan etmişdir. Qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim Zahid Malikin nəşrin birinci səhifəsində "İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli" adlı xüsusi məqaləsi çap olunmuşdur. Məqalədə deyilir ki, Avrasiya məkanında özünü təsdiq etmiş parlaq siyasi xadim olan İlham Əliyev 2013-cü il 9 oktyabr tarixli seçkilərdə yenidən xalqın etimadını qazanaraq Azərbaycanın Prezidenti seçilmişdir.

Materialda Zahid Malik Prezident İlham Əliyevlə 2005-ci il aprelin 6-da görüşdüyünü və həmin dövrdən etibarən Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiyini vurğulamışdır. Yazıda qeyd olunur ki, həmin görüşdə dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın tutduğu prinsipial mövqeyə görə minnətdarlığını bildirmişdir.

Məqalədə deyilir ki, 1990-cı illərin əvvəllərində iqtisadiyyatı tənəzzülə uğrayan Azərbaycan hazırda regionun lider dövlətinə çevrilmişdir. Zahid Malik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunduğunu, Azərbaycanın inamlı addımlarla inkişaf etdiyini diqqətə çatdırmışdır.

Müstəqil Azərbaycanın gənc ölkə olduğunu bildirən baş redaktor xarizmatik lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində Azərbaycanın demokratik inkişaf və dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd etmiş, bu siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Zahid Malik yazır ki, İlham Əliyev 2003-cü, 2008-ci və 2013–cü illərdə keçirilmiş ümumxalq seçkilərində inamlı qələbə qazanaraq dövlət başçısı seçilmişdir. Bir sıra aparıcı beynəlxalq təşkilatlar və dövlətlərdən olan müşahidəçilər seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulamışlar.

Məqalədə bildirilİr ki, Qərbin aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamışdır. Neft yataqlarının istismarı istiqamətində həmin sazişə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynamış, ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik neft strategiyasının icrası xalqın rifah halının yüksəlməsinə səbəb olmuşdur. Yazıda deyilir ki, bu siyasətin davamı olaraq sonra neft və qazın nəqli marşrutları müəyyən edilmiş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi–Ərzurum qaz kəmərləri tikilmişdir, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələri icra olunmaqdadır. Neft strategiyası çərçivəsində görülən işlər nəticəsində ölkə 78 milyard dollar məbləğində mənfəət əldə etmiş, bir vaxtlar qaz idxal edən Azərbaycan bu məhsulun ixracına başlamışdır. Qeyd olunmuşdur ki, ölkədə tikilmiş 14 yeni elektrik stansiyası ölkənin elektrik enerjisinə olan tələbatını tam təmin etmiş və eyni zamanda, ixrac imkanları yaratmışdır.

Yazıda ölkəmizin nəqliyyat siyasətindən də danışılır, Mərkəzi Asiya regionundan Avropaya mallarının daşınmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istismara verilməsi ilə Azərbaycanın regionun aparıcı nəqliyyat mərkəzinə çevriləcəyi bildirilir.

"Pakistan Observer"in məqaləsində qeyd edilir ki, hazırda Azərbaycan regionun ən böyük investoruna çevrilmişdir. Materialda Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğıdan, bu sahədə əldə edilmiş uğurlardan da söhbət açılır.

Zahid Malik Prezident İlham Əliyevin Azərbaycanın dövlət maraqlarına söykənən balanslaşdırılmış xarici siyasət yürütdüyünü, Pakistanla münasibətlərə xüsusi önəm verdiyini qeyd etmişdir. Məqalədə bildirilir ki, iki ölkə arasında qədim tarixə, ümummilli, mədəni və dini dəyərlərə əsaslanan əlaqələr inkişaf etdirilir, dövlətlərimiz beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Zahid Malik Pakistan ilə əlaqələrin yaradılması və inkişafında Prezident İlham Əliyevin böyük xidmətləri olduğunu qeyd etmişdir. Məqalədə deyilir ki, müdrik siyasi xadim, dərin biliyə malik olan İlham Əliyev, eyni zamanda, yüksək mədəniyyət sahibi və gözəl ailə başçısıdır.

Məqalənin sonunda qeyd edilir ki, Prezident İlham Əliyev regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində yüksək səylər göstərir.

Zahid Malik məqaləni bu sözlərlə bitirir: "Məhz sadalanan uğurlarına görə Azərbaycan Prezidenti İlham Əliyev "2013-cü ilin adamı" adına layiq görülmüşdür və bu münasibətlə onu təbrik edir, bütün Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq".

Baş Redaktor: Şamo Əliyev

Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur