Azərbaycan prezidenti İlham Əliyev İsrail prezidenti Şimon Peresə başsağlığı verib. Ariel Şaronun vəfatı bağlı göndərilən başsağlığında deyilir: “Hörmətli cənab Prezident!
İsrail Dövlətinin keçmiş Baş naziri, görkəmli dövlət xadimi və siyasi xadim Ariel Şaronun vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.