Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Tarix:15-01-2014, 03:02

Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi
Bu gün Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi.Tədbirdə cıxış edən RİH başçının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Faiq Kərimov cıxışında 8 il müddətində qəsəbədə aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində görülən işlərdən danışdı.Sonra cıxış üçün söz rayonun Saray qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi Əli Axundova veridli.

Əli Axundovun hesabatının məzmunu:
Hörmətli yığıncaq iştirakçıları! Əziz qonaqlar!
Ilk öncə qeyd edim ki, 2013-cü il respublikamız, eləcədə rayonumuz üçün də uğurlu il olmuşdur.
Ötən il əldə olunmuş uğurlarımız ümum milli liderimiz Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsi, hər birimizin ailəsinin rifahı və təhlükəsizliyinin təmin edilməsi, hüquqi dövlət quruculuğunun daha da inkişaf edilməsi ilə sıx surətdə bağlı olmuşdur.
Möhtərəm Prezidentimizin əvvəlki illərdə olduğu kimi hesabat ilində də respublikamızın bütövlükdə, bölgələrin isə ayrı-ayrılıqda sosial-iqtisadi inkişafını təmin edən Fərman və Sərəncamların icrası ölkə qarşısında duran işsizliyin aradan qaldırılmasının, yoxsulluğun azaldılmasının, sahibkarlığın inkişaf etdirilməsinin,
iqtisadi və sosial layihələrin reallaşdırılmasının, abadlıq və quruculuq işlərinin artırılmasının, o cümlədən təhsil, səhiyyə və mədəniyyət ocaqlarının müasir tələblərə cavab verən səviyyədə inşası, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqqlarının, pensiya və müavinatların artırılması kimi qlobal vəzifələri həll etməyə imkan vermişdir.
H.Əliyev fondunun vitse Prezidenti xanım Leyla Əliyevanın Saray qəsəbəsində yerləşən 7 saylı internat evində valideyn qayğısından məhrum olmuş uşaqlarla görüşü, uşaqlara xidmət edən işciləri daha da səylə çalışmağa ruhlandırmışdır.
Son illərdə rayonumuzun sürətli inkişafı, şəhər, qəsəbə və kəndlərimizin abadlaşdırılması , gözəlləşdirilməsi bilavasitə möhtərəm Prezidentimizin adı ilə bağlıdır. Abşeronlulara göstərildiyi daimi qayğıya və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Ötən dövrdə kənd və qəsəbələr arası, eləcədə daxili yolların genişləndirilərək asfaltlaşdırılması, məktəb, məktəbəqədər uşaq müəssisələri, həkim məntəqələri, mədəniyyət ocaqları tikilərək əhalinin istifadəsinə verilməsi kimi tədbirlər həyata keçirilmişdir.
Həyata keçirilən tədbirlərin təhlilindən görünür ki, Zakir Fərəcov cənablarının RİH başçısı kimi fəaliyyət göstərdiyi dövrdə rayonumuzun həyatının bütün sahələri üçün böyük uğurların qazanılması ilə əlamətdar olmuşdur.
Hörmətli tədbir iştirakçıları!
Hesabat ili ərzində Saray qəsəbəsi üzrə icra nümayəndəliyi öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, rayon İcra Hakimiyyəti başçısının, eləcədə direktiv orqanların qanun, sərəncam, qərar, tapşırıq və tövsiyələri əsasında qurmuşdur.
Məlum olduğu kimi qəsəbəmizdə 3 tam orta məktəb, 2 uşaq bağçası, 1 musiqi məktəbi, 1 xəstəxana, 2 rabitə evi, 1 kitabxana, 3 aptek, 3 şadlıq evi, 1 ATS, 7 saylı internat evi, 1 xeyir-şər evi, onlarca iaşə, ticarət və məişət obyektləri fəaliyyət göstərir.
Hesabat ilində çalışmışıq ki, fəalliyyətimizi birgə qurmaqla onların qüvvəsini qəsəbənin sosial-iqtisadi problemlərinin həllinə, əhaliyə xidmətin səviyyəsinin yüksəldilməsinə yönəldək. Məhz bunun nəticəsidir ki, məktəblərimizdə təhsilin səviyyəsində, əhaliyə göstərilən xidmətlərdə keyfiyyət dəyişiklikləri olmuşdur. Ötən dərs ilində məktəblərimizi bitirən məzundan 41 nəfəri ali məktəbə,05 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Cari dərs ilində həmin göstəricilərin daha da yaxşılaşdırılması məqsəd kimi qarşıya qoyulmuşdur. Qəsəbə ərazisində 4180 təsərrüfatda 21480 nəfər əhali yaşayır. Qəsəbəmizdə həmçinin 574 ailədən ibarət 1677 nəfər məcburi köçkün məskunlaşmışdır.
Mövcud sosial problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki,V.Axundov,M.Ə.Rəsulzadə küçəsinə və onun H.Aslanov küçəsi ilə kəsişdiyi hissəsinə 279 kub,C.Orucov,M.Ziyadov küçələrinə, Babək döngəsinə və yeni yaşayış massivinə 7500 kub şlaq tökülüb yayılmışdır. Yol infrastrukturunun bərpası və inkişafı ilə əlaqədar görülmüş tədbirlər nəticəsində qəsəbə daxilində uzunluğu 1200 m eni 7 m , 4 şəhidi olan A.Mənsimov küçəsinə 8400 kvm, Babək küçəsinə 5600 kvm, Xətai küçəsindən 19 saylı uşaq bağçasınadək yola 2240 kvm, H.Aslanov küçəsinə 1440 kvm asfalt örtüyü salınmışdır. Qəsəbənin mərkəzindəki V.Axundov, M.Ə.Rəsulzadə küçələri keyfiyyətli formada asfaltlaşdırılmış və S.Qazıyeva küçəsində isə bərpa və abadlaşdırma işləri görülmüşdür.
Saray-Novxanı yolu asfaltlaşdırılmış, həmçinin qəsəbənin mərkəzi küçələrində:-M.Ə.Rəsulzadə, M.Ə.Sabir küçəsinin V.Axundov küçəsi ilə kəsişdiyi hissəsinə qədər olan məsafədə yollar ağ rənglə xətlənmiş və 3 yerdə işıqforlar yeni elektron tipli işıqforlarla əvəz edilmiş, yol nişanları qoyulmuşdur. Azadlıq küçəsindən sülh küçəsinədək 2520 kvm olan əraziyə 23 kamaz maşınla qırma daş tökülüb yayılmışdır.
M.Ələkbərov küçəsində cari təmir işləri aparılmışdır. Qəsəbənin mərkəzində olan məscidin həyətinə 1 maşın asfalt üzlüyü tökülüb yayılmışdır.
Daxili imkanlar hesabına 1 saylı Saray qəsəbə tam orta məktəbinin 140 kvm sahəsi olan idman zalı, və 3 sinif otağı əsaslı təmir edilmişdir.
Qəsəbədəki bütün seçki məntəqələri cari və əsaslı təmir edilərək dəmir barmaqlıqlar vurulmuşdur.
Qəsəbənin mərkəzində olan “Şəhidlər kompleksində”, V.Axundovun barelyefi yerləşən parkda və onunla üzbəüz olan parkda mövcud olan ağaclar budanmış gövdələri əhənglə ağardılmışdır.
Qış mövsümündə yolların təhlükəsizliyini təmin etmək məqsədi ilə yollara duz və qum səpilmişdir.
Qəsəbədə yaşayan 2 xəstə ailənin müalicəsi üçün bələdiyyə vəsaiti hesabına 1000 manat məbləğində yardım göstərilmişdir.
14 saylı uşaq bağçasının cari təmiri və su təchizatı sistemi yenidən qurulmuşdur.
Saray bələdiyyəsi tərəfindən 2005-2006-cı illərdə ayrılmış yeni yaşayış massivində sakinlərin elektrik enerjisinə olan tələbatını təmin etmək məqsəd ilə 630 kvalıq transformator qoyulmuşdur.
Saray qəsəbəsinin A.Mənsimov küçəsindən V. Axundov küçəsinədək 420 p/metr diametri 200 mm-lik polimer borularla qapalı kanalizasiya sistemi quraşdırılmış 11 baxıcı quyu qurulmuş, dəmir qapaqlarla örtülmüşdür.
Babək küçəsinin bir hissəsində də 240 p/m diametrli 300mm olan polimer boru ilə qapalı kanalizasiya sistemi qurulmuş 17 ədəd baxıcı quyu tikilmiş dəmir qapaqlarla örtülmüşdür.
Saray qəsəbə 7 saylı internat evini elektrik enerjisi ilə təmin etmək məqsədilə onun daxilində olan elektrik verimi generatoru təmir edilmişdir.
19 sayl uşaq bağçası əsaslı təmir edilərək,eyni zamanda istilik sistemi də quraşdırılmış və 2 saylı tam orta məktəbin 14 sininf otağının 402 kvm. döşəməsi yeniləşdirilmiş,rənglənmişdir.Bunun üçün 16 kub taxta işlədilmişdir.
Xəstə, aztəminatlı ailələrdən Əsədov Rəşad Ağasalam oğlunun evi əsaslı təmir olunmuş, Səfərova Banu Teymur qızının evinin dam örtüyü və döşəməsi,şəhid aıləsi Nəsirova Şəhri Qaraş qızının evinin döşəməsi ,İ qrup əlil Səfərov Fazil Sefi oğlunun dam örtüyü dəyişdirilmiş ,həmçinin ona sağ ayağının amputasiya olunmasına görə əlil arabası alınıb verilmişdir.
Musayeva Zülfiyyə Hüseyn qızı isə 300 manat məbləğində yardımla təmin olunmuşdur.
Saray-Novxanı yolunda, duz gölünün ətrafında və S.Qazıyeva küçəsində 7200 ədəd ağac əkilmişdir. Bundan :-2500 ədəd akasiya, 4300 ədəd
kiçik şəmşid, 250 ədəd iri şəmşid, 150 ədəd qızıl gül kolu əkilmişdir.
Qəsəbə daxilində sakinlər tərəfindən 1000-dən çox yaşıllıq kolu və meyvə ağacları əkilmişdir.
Novruz bayramı münasibəti ilə 145 nəfərə ərzaq məhsulları verilmişdir.
Qəsəbə əhalisinin yanacaq qazı ilə təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar 70 m uzunluğunda diametri 50 mm, 200 metr uzunluğunda isə diametri 57 mm olan dəmir boru xətti çəkilmiş və 5 ədəd siyirtmə qoyulmuşdur. 200-dən çox abonentə yeraltı çıxış verərək yeni qaz sayğacı quraşdırılmışdır.Baş verən qəzalar vaxtında aradan qaldırılmışdır.
Su-kanalizasiya təminatı ilə əlaqədar cari ilin ötən dövrü ərzində baş vermiş qəzaların qarşısı vaxtlı-vaxtında alınmış və cari təmir işləri görülmüşdür.
A.Mənsimov küçəsinin R.Cəlilov küçəsinə birləşən hissəsinə qədər 280 m məsafədə, qapalı kanalizasiya xətti çəkilmiş dir.
Əhalinin elektrik enerjisi ilə təminatı sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, qəsəbədə 10 kva-lıq Saray-3 hava xəttində 2100 metr AS-50 naqil təzələnmişdir.
10 kva-lıq Saray-8 hava xəttində 3300 m AS-50 naqil dəyişdirilmişdir.
10 kva-lıq 3 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur.Müxtəlif ölçülü 2500 m SİB kabeli çəkilmişdir.
0,4 kv-lıq 26 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur.
Bir ədəd KRN yağ açarı, 0,4 kv-lıq ayrıc , 32 ədəd dayaq qoyulmuşdur.
Saray qəsəbəsinin Ceyranbatan qəsəbəsi ilə həmsərhəd ərazisində yeni yaşayış massivinə əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 630 kva-lıq elektrik güc transformatorunun alınıb qoyulması və 4 kva-lıq elektrik verimi xəttinin qurulmuşdur.
Qəsəbə ərazisində məskunlaşmış 574 məcburi köçkün ailəsinin sosial-məişət qayğıları nümayəndəliyin daimi nəzarətində saxlanılmış, onların müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmışdır.
Ötən dövr ərzində nümayəndəliyə idarə, müəssisə və təşkilatlardan 197 sənəd daxil olmuş, müxtəlif ünvanlara 133 məktub göndərilmiş, vətəndaşlara 6799 ədəd arayış verilmişdir. 209 vətəndaş bilavasitə nümayəndəlikdə qəbul edilmiş 32 sakinin yazilı müraciətlərinə baxılmışdır.
Daxil olan və göndərilən sənədlər təlimata uyğun işlənilmiş, icrası nümayəndəlikdən asılı olan bütün müraciətlərə müsbət cavab verilmiş və əsasən öz həllini tapmışdır.
Hesabat dövründə 94 uşaq anadan olmuş, 58 nigah bağlanmış, 67 nəfər dünyasını dəyişmişdir.
Qəsəbədə dini qurumun vəziyyəti normaldır və hər üç məsciddə qanuna zidd tədbir olmamışdır.
Rayon hüquq-mühafizə orqanları ilə əlaqənin düzgün qurulması sayəsində kriminal vəziyyət qənaətbəxşdir.
Rayon hərbi komissarlığı ilə sıx əlaqə nəticəsində gənclərin hərbi xidmətə çagırış tapşırıqları müntəzəm yerinə yetirilmiş, hərbi çağırışdan yayınan , fərarilik edən olmamışdır.
Aparılan abadlıq-quruculuq işləri və sosial problemlərin həlli əsasən yerli bələdiyyə və xeyriyyəçilərlə həyata keçirdiyimiz birgə tədbirlərin nəticəsində mümkün olmuşdur
Qəsəbədə mütəmadi olaraq iməciliklər keçirilir.
Görülən işlərlə yanaşı problemlərimiz də mövcuddur. Belə ki, qəsəbənin yeni yaşayış massivinə elektrik və telefon xətlərinin çəkilməsi, qəsəbədə daxili yolların asfaltlaşdırılması, su-kanalizasiya sisteminin yenidən qurulması, qəsəbədə yeni məktəb, uşaq bağçasının və poçtun tikilməsi gündəmdə duran problemlərdir. Bundan başqa pay torpaq sahələrində tikilmiş qeyri-qanuni evlərin qeydiyyata alınması və həmin torpaq sahələrinin təyinatının dəyişdirilməsi problemidir.
Hörmətli yığıncaq iştirakçıları!
İcazə verin rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova qəsəbədə abadlıq və quruculuq işlərinə xüsusi qayğı göstərdiyinə görə öz dərin minnətdarlığımızı bildirirəm və Sizi əmin edirəm ki, çoxsaylı görkəmli şəxsiyyətlər yetişdirmiş qəsəbəmizdə icra nümayəndəliyi, yerli bələdiyyə, idarə, müəssisə və təşkilat rəhbərləri, xeyriyyəçilər və ağsaqqallarla birlikdə mövcud problemlərin həlli istiqamətində cari ildə konkret tədbirlər həyata keçirəcəkdir.
Diqqətinizə görə sağ olun!

Daha sonra cıxış edən Saray qəsəbə 3 saylı orta məktəbin direktoru Teyyubə xanım və kənd ağsaqqaları qəsəbədə aparılan quruculuq və abadlıq işlərinə,təhsilə ayrılan diqqət və qayğıya görə rayon rəhbəri cənab Zakir Fərəcova qəsəbə sakinləri adından öz təşəkürlərini bildirdilər
Sonda RİH başçının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Faiq Kərimov qəsəbə sakinlərinin problemlərini dinləyərək onlara tezliklə problemlərinin aradan qaldırılması üçün əlindən gələni qanun cərcivəsində edəcəyini qeyd etdi.

Baş redaktor: Şamo Əliyev


Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

Abşeron rayonu Saray qəsəbəsində 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilidi

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir