Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Əsrin sevgi dastanı 24 yaşında

Tarix:21-01-2014, 02:15

Əsrin sevgi dastanı 24 yaşında
Bu gün 1990-cı ilin “20 Yanvar”ından 24 il ötür. 24 ildir, hər dəfə bu günü xatırlayanda gözümüzün önündə mütləq iki qəhrəman canlanır - İlham və Fərizə! Bu cütlüyün məzarları üzərindəki foto da hər birimizin yaddaşına həkk olunub. Onlar Milli Azadlıq Hərəkatının simvoluna çevriliblər.

İnternetin həyatımıza bu qədər daxil olduğu zamanda, insanların real münasibətlərdən qaçıb, virtual həyata sığındığı bir dövrdə doğrudanmı “sevgi”, “sevgili” anlayışları yox olub, adiləşib?

Əlbəttə, indi gənclərə “Leyli və Məcnun” nağıl görünə bilər. Amma lap yaxın tariximizdə baş vermiş “İlham və Fərizə” hadisəsi nağıl deyil, reallıqdır.

Bu, Azərbaycan insanının dəyərlər uğrunda, ideyalar uğrunda ölümə belə, hazır olduğunu sübut edən bir olaydır.

***

30 iyun 1989-cu il

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Yeri gəlmişkən, hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

1989-cu il - Sovet İmperiyası son günlərini yaşayır, Bakı küçələri qaynayır, meydanlar insanlarla dolur. İlham işlədiyi zavoddan gəncləri meydanlardakı mitinqlərə aparır. Onları aktiv olmağa çağırır. Özü də bu işin təşkilatçılarından biri olur.

Belə bir qaynar dövrdə hələ də subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. Yığışıb deyirlər ki, “oğul, bir qız bəyən, gedib alaq sənin üçün”.

İlham heç kimi bəyənmir. Onlarla ad çəkirlər, amma İlham heç birinə razı olmur. Sonra deyirlər, “özün söylə görək, könlün kimdədir?”

İlham bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir.

Elçi düşürlər, nişan olur. 1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə gəlin köçür. Toy mərasimi də o zaman Bakıda təzə açılmış “Leyla” şadlıq evində baş tutur.

Yanvarın 19-dan 20-ə keçən gecə baş verənlər

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşamtərəfi qardaşı Elxanla “Şamaxinka” deyilən ərazidə görüşür. Amma bir qədər sonra İlham yoxa çıxır...

Qardaşı sonradan öyrənib ki, həmin vaxt İlhamgil bir qrup olublar. Əvvəldən döyüşmək üçün hazırlaşıblarmış. Hamısı da qara paltar geyinməliymişlər...

İlhamı həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurublar.

Doğma qan...

Gecə İlhamı çox axtaran Elxan kor-peşman evə qayıdır. Səhər tezdən anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar.

“Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki “20 Yanvar” dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır... Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş...” deyir qardaşı Elxan.

İlhamı həmin günü xəstəxanalardan birində tapıblar. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər Xiyabanına aparıblar.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurmuşlar. Çünki o, hər an intihara hazır idi.

Bir-iki cümlə, göz yaşı və ölüm...

Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra İlham sonuncu dəfə evdən çıxarkən etdiyi hərəkəti təkrarlayır - balaca Əjdəri öpür. Ardınca da bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.

Bətnindəki körpəni də özü ilə məzara aparır...

Onu da qeyd edək ki, İlham və Fərizənin toy günü – 30 iyun bir neçə ildir Azərbaycanda “Sevgililər Günü” kimi qeyd edilir.

Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib