Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ədliyyə nazirinin müavini bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni oxuyub

Tarix:15-02-2014, 01:30

Ədliyyə nazirinin müavini bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni oxuyub
“2013-cü il yerli özünüodarəetmə orqanlarının fəaliyyəti baxımından uğurlu olub. Bir çox bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək abadlaşdırma və quruculuq işlərində fəal işlərində fəal iştirak edib, sosail-iqtisadi layihələr həyata keçirilib”. SİA-nın xəbərinə görə, bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentdə Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi bağlı ilə 2013-cü il üzrə illik məruzəsini səsləndirərkən deyib.

Onun sözlərinə görə, ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1855 müraciət (2012-ci illə müqayisədə 17% çox) daxil olub: “Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, müraciətlərin 495-i torpaq sahəsinin ayrılması tələbi, 302-si torpaq mübahisəsi, 168-i isə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olub. Beləliklə, müraciətlərin 52%-i torpaq məsələlri, digərləri isə bələdiyyələrin fəaliyyəti ilə bağlı olub. Daxil olan müraciətlərə baxılarkən onlardan 263-ü aidiyyati üzrə göndərilib, 52-si üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb, digərlərinə mahiyyəti üzrə baxılaraq cavab verilib. 25 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırma nəticəsində toplanmış materiallar hüüuqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib”.

Nazir müavini onu da qeyd edib ki, nazirliyə təqdim olunan bələdiyyə aktlarının sayı 2012-ci illə müqayisədə xeyli artıq olub: “Belə ki, il ərzində hüquqi ekspertizadan keçmək üçün 59858 bələdiyyə aktı (2012-ci illə müqayisədə 14% çox) daxil olub. Bunlardan 2684 aktın qanunazidd olduğu müəyyən edilərək dəyişdirilməsi və ya ləğv edilməsi haqqında bələdiyyələrə göndərilib və həmin təkliflərin çoxu bələdiyyələr tərəfindən təmin edilib. Qanunsuz qərarların ləğvi ilə bağlı nazirliyin verdiyi təkliflərin təmini də xeyli artıb. Bu səbəbdən qanunazidd bələdiyyə qərarlarının məhkəmə vasitəsilə ləğv edilməsi zərurəti də əsaslı şəkildə azalıb. Belə ki, 2007-2012-ci illər ərzində bələdiyyələr tərəfindən təmin edilməmiş təkliflərlə bağlı müvafiq məhkəmələrdə qaldırılan iddiaların sayı 479 olduğu halda, 2013-cü ildə cəmi 4 iddia verilib”.

O çıxışı zamanı bildirib ki, il ərzində 3460,5 ha torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq icarəyə verilən 3196,66 ha torpaq sahəsi mülkiyyətə verilən 242.78 torpaq sahəsi, istifadəyə verilmiş 21,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb: “Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 415 protokol tərtib edilərək aidiyyatl məhkəmələrə göndərilib və bununla bağlı 364 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Onlardan bəziləri hətta iki dəfə məsuliyyətə cəlb edilib. Prokurorluğa göndərilmiş 25 materialdan 7-si üzrə cinayət işi qaldırılıb,nlardan 3-cü üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə artıq ittiham hökmü çıxarılıb. Həmçinin, 1 material üzrə cinayət işinə xitam verilib, 3 material üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqdadır”.

O, qeyd edib ki, bələdiyyə üzvləri üçün keçirilmiş 22 kursda 1633 bələdiyyə qulluqçusu iştirak edib.

Qeyd edək ki, müzakirələrin sonunda illik məruzə məqbul sayılıb.

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir