Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Elmar Məmmədyarov: Azərbaycan İƏT-ə üzv ölkələrdə müharibələrdən və silahlı münaqişələrdən dərin narahatlıq keçirir

Tarix:7-05-2018, 13:25

Elmar Məmmədyarov: Azərbaycan İƏT-ə üzv ölkələrdə müharibələrdən və silahlı münaqişələrdən dərin narahatlıq keçirir



İslam dünyasının ağrılı məsələlərindən biri dünyada ən böyük qaçqın böhranı olan Rohinca müsəlmanlarının vəziyyətidir. 2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinca müsəlmanlarına 100 ton humanitar yardım ayırmış ilk ölkələrdən biridir və biz ehtiyacı olanlara yardım göstərməkdə davam edəcəyik.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasındakı çıxışında bildirib.

Elmar Məmmədyarov deyib ki, Azərbaycan İƏT-ə bir sıra üzv dövlətlərdə daha böyük təhlükəsizlik problemlərinə, bəzi regionlarda siyasi qeyri-sabitliyə, genişmiqyaslı deportasiya və misli görünməmiş humanitar böhrana səbəb olan müharibələr və silahlı münaqişələrdən dərin narahatlıq keçirir. Azərbaycan, xüsusilə Fələstin, Cəmmu və Kəşmir və Avropada müsəlman azlıqları üzrə İƏT kontakt qrupları olmaqla, digər İƏT üzvləri ilə birlikdə üzv olduğu kontakt qruplarının fəaliyyətini intensivləşdirmək üçün səylərini davam etdirəcək.

“İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalar bizim dərin narahatlığımıza səbəb olur. Biz, üzv dövlətlər və İƏT, bu qarşıdurmaları dayandırmaq üçün mümkün qədər səy göstərməliyik. Əvvəllər olduğu kimi, Azərbaycan bu məsələyə öz töhfəsini verməyə hazır olduğunu bəyan edir və biz Fələstin məsələsinin ədalətli və davamlı həlli üçün həmrəyliyimizi və davamlı dəstəyimizi təsdiqləyirik. Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir.

2017-ci il iyulun 20-21-də Azərbaycan BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının İcrası üzrə Komitəsi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “Qüds Məsələsi üzrə Beynəlxalq Konfrans”a ev sahibliyi edib. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikedə Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılıb.

2018-ci il aprelin 3-6-da Qoşulmama Hərəkatı Üçlüyünün (Troika) üzvü qismində Azərbaycan “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin 18-ci aralıq nazirlər konfransına ev sahibliyi edib. Bu tədbir çərçivəsində, həmçinin Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib. Bakı Bəyannaməsinin yekun sənədində pozuntulara tamamilə son qoymaq üçün ciddi, kollektiv səylərə çağırışlar təkrar olunub.

Biz, həmçinin 2018-ci ilin sonunda Bakıda Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etməyi planlaşdırırıq. Hesab edirəm ki, bu, Fələstin xalqı və dövlətinin mövcud problemlərinin müzakirəsi üçün əlverişli imkan yaradacaq”, - deyə E.Məmmədyarov qeyd edib.

Nazir bildirib ki, gələcək inkişafımız gənc nəslin təhsili və sağlamlığına, onların məşğulluğuna bağlıdır. Aprelin 17-19-da İƏT üzv dövlətlərinin nümayəndələri xüsusilə İƏT üzv ölkələrində qlobal inkişaf gündəmində gənclərin və idman məsələlərinin “İƏT-in 2025-ci il üzrə Fəaliyyət Proqramı” tərəfindən prioritetləşdirilməsindən ilhamlanaraq İslamın sülh dini olduğunu bir daha bəyan edən və gənclərin inkişafının əhəmiyyətini, ümumilikdə müsəlman icmaları arasında inkişaf, sülh və təhlükəsizliyin təşviq edilməsində gənclərin rolunun artırılmasının vacibliyini vurğulayan Bakıda Gənclər və İdman Nazirlərinin İslam Konfransının 4-cü sessiyasında iştirak edib.

Diqqətə çatdırılıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğu, həmçinin bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır. Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilib və təhqirə məruz qalıb. Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə, İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur.

“İƏT-ə üzv ölkələrinin İƏT Nazirlər qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyinə görə təşəkkür edirəm.

Azərbaycan bütün dünyada İslam dəyərlərini təşviq etmək üçün ardıcıl işləyərək Fransanın məşhur Luvr Muzeyində islam incəsənəti bölməsinin təşkilinə fəal şəkildə töhfə vermiş və Vatikanda sərgisi nümayiş etdirilən ilk müsəlman ölkəsidir. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. 2018-ci ildə daha bir qədim Azərbaycan şəhəri olan Naxçıvan bu fəxri ada layiq görülüb. 2018-ci il iyunun 20-də Naxçıvan şəhərində İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə “Naxçıvan - İslam mədəniyyətinin paytaxtı-2018” adlı tədbirin açılış mərasimi keçiriləcək.

Fürsətdən istifadə edərək 2017-ci il dekabrın 21-də İƏT-in qərargahında Bakının “Ekspo 2025”ə ev sahibliyi etmək üçün namizədliyinə dair təqdimatın keçirilməsi üçün yaxın əməkdaşlığa görə İƏT-ə təşəkkür edir və ümmətimizə davamlı inkişaf, güclü həmrəylik, sülh və sabitlik arzulayıram”, - deyə nazir bildirib.

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib