İlk olaraq gəncləri salamlayan başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım İradə Gülməmmədova gənclərə daim diqqət və qayğısını əsirgəməyən, onları daim diqqət mərkəzində saxlayan rayon rəhbəri cənab Zakir Fərəcova öz adından və gənclər adından dərin təşəkkürünü bildirdi.
Abşeron rayonu İcra Hakimiyyətinin konfrans zalında təşkil olunmuş tədbirdə, Abşeron rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin birgə lahiyyəsi olan gənclərə dəstək məqsədi ilə tam təmənnasız olaraq keçirilən İKT kurslarında uğur qazanan 40-a yaxın gəncə sertifikatlar təqdim edildi.16 həftə ərzində kursda gənclərə elektron hesablama maşınları, kompüterlərin təsnifatı, kompüter qurğuları, əməliyyat sistemləri, proqram təminatı, kompüter şəbəkələri, ofis proqramları, montaj və dizayn proqramları tədris olunmuşdur.
Kursda iştirak edən gənclər kursun sonunda sertifikat almaq üçün müəllimlər tərəfindən hazırlanmış 50 sualdan ibarət test tapşırıqlarını cavablandırmışlar.Kurs davamlı olaraq hər 4 aydan bir tam təmənnasız olaraq Abşeron gəncləri üçün təşkil edilir.
Gəncləri təbrik edən Xanım İradə Gülməmmədova cıxışında bildirmişdir ki, tezliklə xarici dil kurslarının da tədrisi nəzərdə tutulur.
Sonda tədbir iştirakçıları xatirə şəkli cəkdirdilər.