Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.