Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

Tarix:4-12-2018, 12:21

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqilliyin 47-ci ildönümü münasibətilə dekabrın 3-də bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. Bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, ölkə başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari- iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən təşrif buyuran turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olmasına dəlalət edir. Səfir ölkələrimiz arasında mövcud olan əlaqələrin genişləndirilməsinə öz töhfəsini verən BƏƏ-Azərbaycan Ticarət Məclisinin artıq üç ildir fəaliyyət göstərdiyini deyib.

Azərbaycan Hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını bayram münasibətilə təbrik edən iqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Bu münasibət qarşılıqlı hörmətə, güclü dostluq və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bunu şərtləndirən əsas amil kimi ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır. Əməkdaşımızın möhkəm hüquqi bazası var – ölkələrimiz arasında 40-dan çox sənəd, saziş imzalanıb. “Made in Azerbaijan” brendi altında məhsullarımızın təşviqi məqsədilə cari il dekabrın 8-11-də Əbu-Dabi və Şarja şəhərlərində ixrac missiyası təşkil ediləcək. Nazir qeyd edib ki, Dubayda Azərbaycan Ticarət Evinin yaradılması istiqamətində işlər artıq başa çatdırılır. Qarşılıqlı etimad, öz növbəsində investisiya əməkdaşlığına müsbət dinamika verib. BƏƏ-nin ölkəmizə yatırdığı 2,1 milyard dollar investisiyanın 1,3 milyardı neft sektoruna, 806 milyonu isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə BƏƏ-yə 330 milyon dollar sərmayə yatırılıb. Azərbaycanda 30-a yaxın Birləşmiş Ərəb Əmirlikləri şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir. İnanıram ki, dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib