Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ekspert: Azərbaycanın MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi

Tarix:8-12-2018, 14:39

Ekspert: Azərbaycanın MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi


Azərbaycan dövləti və onun apardığı siyasətin MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin tərəfindən sammitə şəxsən dəvət edilməsi faktı özlüyündə bir çox mətləbləri ortaya qoyur və Azərbaycanın bu məkanda xüsusilə Ermənistanla müqayisədə xeyli fərqli və üstün imicə, rola malik olduğunu təsdiqləyir.

A.Quliyev qeyd edib ki, bu gün Azərbaycan Prezidentinin apardığı xarici siyasət kursunun MDB ölkələri arasında iqtisadi, ticarət, investisiya və nəqliyyat sahələrində inteqrasiyanın daha da dərinləşməsində mühüm təsirlərə malik olduğuna xüsusi diqqət yetirilməlidir:

"Azərbaycanın sahib olduğu infrastrukturlar, həyata keçirdiyi Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb, Bakı-Tbilisi-Qars kimi layihələri MDB üzvü olan ölkələrin 90 faizdən çoxunun imkanlarını cəlb etmək gücünə malikdir. Mərkəzi Asiya dövlətləri, Rusiyanın özü, Belarus və Moldova üçün bu layihələrdən böyük faydalanma imkanları var bu istiqamətdə artlq addlmlar atılır. Konkret desək, indi MDB-nin qarşısında duran iqtisadi-ticarət və nəqliyyat inteqrasiyası vəzifələrinin uğurla həllində Azərbaycanın böyük qüvvə olduğuna şübhə yoxdu. Bu istiqamətdə Azərbaycanın Ermənistanı müqayisəolunmaz dərəcədə üstələdiyini qeyri-formal görüşün nümayiş etdirdiyi reallıqlardan biri saymaq olar. Hətta vizual məsələlərdə belə, Azərbaycan Prezidentinə verilən önəm özünü qabarıq şəkildə büruzə verdi. Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinin nümayişi zamanı dövlət başçılarının əyləşmək sırası bir təsadüf kimi qəti şəkildə qəbul oluna bilməz".

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin Ermənistan lideri Nikol Paşinyanla görüşü xüsusi maraqlı məzmuna və mesajlara malikdir: "Sözsüz ki, söhbət Qarabağ mövzusundadır və Azərbaycan Prezidentinin hazırda işğalçı bir dövlətin rəhbəri ilə hər hansı başqa mövzuda müzakirəsi mümkün də deyil. Ancaq indiki qüvvələr nisbətini nəzərə alsaq, Paşinyanın müzakirəyə gəlməsi, sülh danışıqları ilə problemin həllinin qaçılmaz olduğu ilə razılaşması, atəşkəsi və girovların "hamının-hamıya" prinsipi ilə dəyişdirilməsi barədə danışıqlara razılaşması Ermənistanın mövqelərinin əhəmiyyətli dərəcədə zəiflədiyini ifadə edir, həm də Paşinyanın öz zəif mövqeyini yaxşı anladığını göstərir. Azərbaycan Prezidentinin girovların istisnasız olaraq dəyişdirilməsi üzərində xüsusi israrlı olması sübut edir ki, Prezident İlham Əliyev diplomatik danışıqlarda aşkar üstünlüyə malikdir və hər bir Azərbaycan vətəndaşının taleyi uğrunda güzəştsiz mübarizə aparır".

O aəlvə edib ki, qeyri-rəsmi zirvə görüşü çərçivəsində bir neçə məqam bu sammitin mühüm məsələlərə yekun vurduğunu, bir sıra mühüm məsələlərə isə baza yaratdığını deməyə əsas verir: "Bunlardan ən mühümü Azərbaycan diplomatiyasının üstünlüklərinin bir daha nümayiş etdirilməsindən ibarətdir. Xüsusilə də Qarabağ problemi ilə bağlı bu üstünlüklərin sammitdən az sonra özünü göstərəcəyi çox realdır".

Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri
Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib